kinci fərqli cəhət ondan ibarətdir ki, mülki fəaliyyət qabiliyyəti iki amildən asılıdır: fiziki şəxsin yaşın-
dan; fiziki şəxsin ruhi-psixi saülamlıq vəziyyətindən. Mülki hüquq qabiliyyəti isə bu cür hallardan asılı deyil.
Mülki fəaliyyət qabiliyyəti, mülki hüquq qabiliyyətindən fərqli olaraq, fiziki şəxs tərəfindən iradəvi, şüurlu,
düşünülmüş və dərk olunmuş hərəkətlər edilməsi ilə bağlıdır. Müəyyən hüquqi nəticə doüurmaq niyyəti ilə
edilən bu cür hərəkətlər fiziki şəxsin psixi yetkinlik (bişkinlik) dərəcəsindən asılıdır. Psixi yetkinlik dərəcəsi isə
fiziki şəxsin yaşı və ruhi-psixi saülamlıq vəziyyəti ilə birbaşa bağlıdır. Yalnız müəyyən psixi yetkinlik səviyyə-
sinə — müəyyən yaş həddinə çatan, habelə ruhi-psixi cəhətdən saülam olan fiziki şəxslər hüquqi əhəmiyyətli
hərəkətlər edə (məsələn, müqavilə bağlaya, etibarnamə verə, vəsiyyət edə və s.) bilərlər. Ona görə ki, bu cür
şə
xslər öz hərəkətlərinin əhəmiyyətini, mənasını və nəticəsini başa düşürlər, öz hərəkətlərinə rəhbərlik edə bilir-
lər, bu hərəkətlər nəticəsində mülki hüquqlar əldə etmək, özü üçün mülki vəzifələr yaratmaq imkanına (mülki
fəaliyyət qabiliyyətinə) malik olurlar. Yeddi yaşına kimi olan azyaşlıların yetkinlik yaş həddinə çatmadıqları
üçün, ruhi xəstələrin isə ruhi-psixi cəhətdən saülam olmadıqları üçün mülki fəaliyyət qabiliyyəti yoxdur.
Dostları ilə paylaş: |