üçün mülki hüquqlar əldə etmək və mülki vəzifələr yaratmaq imkanından ibarətdir. Bu imkanın həyata ke-
çirilməsi fiziki şəxs tərəfindən müxtəlif cür əqdlər bağlanmasında ifadə oluna bilər. Ona görə həmin imkan əqd
bağlamaq qabiliyyəti də adlanır. Əqdlər isə müxtəlif olub, əmlakın özgəninkiləşdirilməsinə və ya əldə edilmə-
sinə (məsələn, alqı-satqı, dəyişmə, bağışlama müqavilələri), xidmət göstərilməsinə (məsələn, daşıma, saxlama,
kredit, borc və digər müqavilələr), iş görülməsinə (məsələn, podrat müqaviləsi) və s. yönəlir. Məsələn, alqı-sat-
qı müqaviləsi bağlananda hər iki tərəf — həm alıcı, həm də satıcı müəyyən hüquqlar əldə edirlər, habelə onlar
üçün müvafiq vəzifələr yaranır. Daşıma, podrat, icarə, kirayə və digər mülki-hüquqi müqavilələr bağlananda da
müqavilə iştirakçıları üçün hüquqlar yaranır və buna müvafiq vəzifələr əmələ gəlir.
Mülki fəaliyyət qabiliyyətinin məzmununa aid edilən ikinci element fiziki şəxsin müstəqil surətdə əldə
Dostları ilə paylaş: |