2. Mülki hüquq qabiliyyəti ilə mülki fəaliyyət qabiliyyəti
arasında fərqli cəhətlər
Ümumi cəhətlərə malik olmalarına baxmayaraq, mülki hüquq qabiliyyəti və mülki fəaliyyət qabiliyyəti bir-
birindən fərqlənən kateqoriyalardır. Onlar arasında mühüm fərqli cəhətlər vardır. Bu cəhətləri müəyyənləşdir-
məklə mülki fəaliyyət qabiliyyəti kimi hüquqi kateqoriyanın əsl mahiyyətinə aydınlıq gətirmək olar.
Birinci fərqli cəhət ondan ibarətdir ki, mülki hüquq qabiliyyəti mülki fəaliyyət qabiliyyətinə nisbətən
daha geniş anlayışdır. Ona görə ki, mülki hüquq qabiliyyəti daha əhatəli və geniş şəxslər dairəsinə şamil edi-
lir. Bu, onunla izah olunur ki, bütün fiziki şəxslər doüulduüu andan mülki hüquq qabiliyyətinə malik olurlar.
Amma elə kateqoriya fiziki şəxslər var ki, həmin şəxslər mülki hüquq qabiliyyətli hesab edilsələr də, eyni za-
manda mülki fəaliyyət qabiliyyətli şəxslər sayılmırlar. Məsələn, yeddi yaşınadək olan azyaşlılar, habelə aülı zə-
if və ya ruhi xəstə olan şəxslər mülki hüquq qabiliyyətinə malikdirlər. Amma bu kateqoriya şəxslərin mülki fəa-
liyyət qabiliyyəti yoxdur. Bunun əksinə olaraq, fəaliyyət qabiliyyətli bütün fiziki şəxslər eyni vaxtda həmişə
mülki hüquq qabiliyyətinə malikdirlər. Deməli, mülki fəaliyyət qabiliyyəti olmayanlar öz mülki hüquq qabiliy-
yətlərini saxlayırlar.
Dostları ilə paylaş: |