Hüquqi şəxslərin təsnifinin praktiki əhəmiyyəti isə ondan ibarətdir ki, məhz bu təsnif vasitəsilə dövriyyə-
də çıxış etmək hüququ olan hüquqi şəxslərin ayrı-ayrı növlərini dəqiq müəyyənləşdirmək mümkün olur. Döv-
riyyədə yalnız o hüquqi şəxslər iştirak edə bilər ki, onlar qanunda birbaşa nəzərdə tutulan formada yaradılsın.
Qanun isə hüquqi şəxslərin növlərinin təxmini yox, qəti, dəqiq siyahısını müəyyənləşdirir. Bu siyahını geniş-
ləndirmək olmaz. Həmin siyahı hüquqi şəxslərin təsnifinin əsasını təşkil edir. Əgər hər hansı hüquqi şəxs növü
bu təsnifə daxil deyilsə, o, mülki hüququn subyekti kimi dövriyyədə iştirak edə bilməz. Deməli, hüquqi şəxslə-
rin təsnifi, nejə deyərlər, «qondarma» hüquqi şəxslərin praktikada fəaliyyət göstərmələrinin qarşısını almağa
imkan verir.
Bundan əlavə, hüquqi şəxslərin təsnifi imkan verir ki, iqtisadi (əmlak) dövriyyədə çıxış edən hüquqi şəxslərin
müxtəlif təşkilati-hüquqi formaları bir-birindən fərqləndirilsin, onlar arasında hədd qoyulsun, biri digəri ilə qarış-
dırılmasın. Sühbət təsərrüfat cəmiyyəti və ortaqlığı, kooperativ, qeyri-kommersiya təşkilatı, dövlət müəssisəsi və
idarəsi kimi təşkilati-hüquqi formalardan gedir. Hər bir hüquqi şəxs növü ona uyğun olan təşkilati-hüquqi forma-
da yaradılır. Hüquqi şəxslərin təsnifi hüquqi şəxslərin statusunun müəyyənləşdirilməsinə imkan verir.
Dostları ilə paylaş: |