3. Təsərrüfat ortaqlıqları. Təsərrüfat cəmiyyətləri
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri kommersiya təşkilatlarının əsas növü hesab edilir. Bu növləri, mahiy-
yətcə, inkişaf etmiş xarici hüquq sistemlərinin çoxu tanıyır. Məsələn, Almaniya hüququ təsərrüfat ortaqlıqlarını
«personengesellschaften» («şəxslərin birliyi»), təsərrüfat cəmiyyətlərini isə «kapitalgesellschaften» («kapitalla-
rın birliyi») adlandırır. Ingilis-amerikan hüququnda təsərrüfat ortaqlıüı «partnerships» («ortaqlıq») anlayışı ilə,
təsərrüfat cəmiyyəti isə ya «company» (Böyük Britaniya), ya da «corporation» (ABŞ) anlayışı ilə əhatə olunur.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri termini 90-cı illərin əvvəllərində sovet dövrünün mülki qanunvericili-
yində və hüquq ədəbiyyatı səhifələrində əmələ gəlmişdir. Əvvəljə SSRI və müttəfiq respublikaların Mülki Qa-
nunvericiliyinin Əsasları (1991) bu termini işlədir. Bunun ardınca həm RF-in, həm də Azərbaycan Respublika-
sının mülkiyyət haqqında qanunu (1991) həmin termindən istifadə edir. Bu qanunun 15-ci maddəsi əmlak mül-
kiyyətçiləri kimi yaradılan və hüquqi şəxs statusuna malik olan təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin işti-
rakçılar tərəfindən pay kimi verilən əmlak özərində mülkiyyət hüququnu təsbit edirdi.
Bununla sovet mülki qanunvericiliyi XIX əsrin axırlarında-XX əsrin əvvəllərində inkişaf etmiş hüquq sis-
temlərində və rus hüququnda istifadə edilən «ticarət ortaqlıqları və cəmiyyətləri» kimi ənənəvi, klassik termin
işlətməkdən imtina edir. Bu isə təsadüfi deyildi. Belə ki, sovet hüquq sistemi xüsusi kommersiya (ticarət) fəa-
liyyətinə yol vermirdi. Ona görə də həmin qurumları sovet qanunvericiliyi ticarət ortaqlıqları və cəmiyyətləri
adlandıra bilməzdi. Bu qurumların yaradılmasını sovet hüququ kollektiv təsərrüfatçılıq forması kimi, kollektiv
surətdə təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi nəzərdə tutmuşdu. Ona görə də onları adlandır-
maq üçün «təsərrüfat ortaqlıqları və cəmiyyətləri» kimi termindən istifadə etmək ən uüurlu və münasib va-
riant idi. Sovet qanunvericiliyinin bu ənənəsini əvvəlcə RF-in mülki hüququ, sonra isə bizim ölkəmizin mülki
hüququ saxlayaraq, həmin termini işlətməyə üstünlük vermişdir. Deməli, təsərrüfat ortaqlıqları və cəmiyyətləri
bizim ölkə qanunvericiliyinin, habelə hüquq ədəbiyyatının istifadə etdiyi müasir termindir.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri hüquqi şəxslərin nisbətən daha geniş yayılmış, daha universal təşki-
Dostları ilə paylaş: |