4. Qanun qüvvəli normativ aktlar
Mülki qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqyaratma subyektlərinə görə iki nö-
vü fərqləndirilir: ali qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanlarının aktları; ali icraedici dövlət haki-
miyyət orqanlarının aktları. Ali qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanlarının aktları qanun-
lardır. Biz bu barədə danışdıq. Ali icraedici (sərəncamverici) dövlət hakimiyyət orqanlarının aktları dedik-
də isə qanun qüvvəli normativ hüquqi aktlar başa düşülür. Ümumiyyətlə, ali dövlət (istər ali qanunverici, istərsə
də ali icraedici) hakimiyyət orqanlarının qəbul etdiyi və mülki qanunvericilik sisteminə daxil olan bütün norma-
tiv aktları öz hüquqi qüvvəsinə görə iki yerə bölmək olar: qanunlar; qanun qüvvəli normativ aktlar. Qanun qüv-
vəli normativ aktlar öz hüquqi qüvvəsinə görə qanunlara nisbətən aşaüı hüquqi qüvvəyə malikdir. Buna görə də
onlar mülki qanunvericiliyin iyerarxiya prinsipi əsasında qurulan sistemində şaquli istiqamətdə qanunlardan
sonra yer tutur.
Dostları ilə paylaş: |