Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə692/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   688   689   690   691   692   693   694   695   ...   1820
Direktorlar şurası (müşahidəsi şurası) səhmdar cəmiyyətinin idarəetmə sisteminə daxil olan orqanlardan 

biridir. Bu cür orqan səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə yaradılır (MM-in 107-ci maddəsinin 3-cü 

bəndi).  

Müşahidə şurasının (direktorlar şurasının) səlahiyyətləri səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyənləş-

dirilir.  Nizamnamədə  bu  orqanın  müstəsna  səlahiyyətinə  aid  edilən  məsələlər  göstərilir.  Həmin  məsələlər 

cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri ilə bağlıdır. Bir qayda olaraq, səhmdarların ümumi yıüıncaüının ha-

zırlanması və çaüırılması, cəmiyyətinin idarəetmə orqanlarının fəaliyyət qaydasını müəyyən edən daxili sənəd-

lərin təsdiq edilməsi, ehtiyat və digər fondlardan istifadə olunması, dividendlərin miqdarı və ödənilməsi qaydası 

barədə tövsiyə verilməsi, cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və cəmiyyət üçün əmlak əldə edilməsi ilə 

bağlı olaraq iri əqdlərin bağlanması və digər məsələlər müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilə bi-

lər. Bunlardan əlavə, nizamnamədə nəzərdə tutula bilər ki, cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq, 

onların  əsasnamələrini  təstiq  etmək  və  fəaliyyətinə  xitam  vermək,  cəmiyyətin  təşkilati  strukturunu  və  daxili 

qaydalarını təsdiq etmək, vəzifəli şəxslərin əmək haqlarını müəyyən etmək və əmlak məsuliyyətinə jəlb edilmə-

si barədə qərar zıxarmaq direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilsin.  

Müşahidə şurası ümumi xarakterli məsələləri həll etmək üçün daimi fəaliyyət göstərən orqandır.

 

O, öz səla-



hiyyətləri  həddində  ümumi  rəhbərliyi  həyata  keçirir  (MM-in  107-7-ci  maddəsinin  1-ci  bəndi).  Bu,  onu  ifadə 

edir ki, direktorlar şurası (müşahidə şurası) idarəetmə orqanıdır.  darəetmə (idarəzilik) funksiyası onun yerinə 

yetirdiyi əsas funksiyalardan biridir. Bununla yanaşı, direktorlar şurası (müşahidə şurası) cəmiyyətin fəaliyyəti 

özərində nəzarəti həyata keçirir (MM-in 107-7-ci maddəsinin 1-ci bəndi). Bu isə o deməkdir ki, direktorlar şu-

rası (müşahidə şurası) nəzarət orqanıdır. Belə ki, eyni zamanda onun əsas funksiyası səhmdar cəmiyyətinin 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   688   689   690   691   692   693   694   695   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin