Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə718/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   714   715   716   717   718   719   720   721   ...   1820
dürülür. Qanun müəyyən edir ki, kooperativin mənfəəti kooperativin özvləri arasında onların kooperativin fəa-

liyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bülüşdürülür (MM-in 110-2-ci mad-

dəsinin 2-ci bəndi). Bu, kooperativin üçüncü əsas cəhətidir. Amma bölüşdürmə zamanı kooperativ özvlərinin 

pay haqları nəzərə alınır. Belə ki, kooperativin mənfəəti

 

kooperativin özvləri arasında həm də onların pay haq-



ları məbləğinə uyğun olaraq bülüşdürülür (MM-in 110-2-ci maddəsinin 2-ci bəndi). Lakin buna baxmayaraq nə-

zərə alınan əsas məsələ kooperativ özvünün kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada 

iştirakıdır. Təsadüfi deyildir ki, kooperativin fəaliyyətində iştirak etmək hüququ olmayan özvləri (onlara koope-

rativin ortaq özvləri deyilir) səs hüququna malik deyillər və bu səbəbdən əsas kooperativ ödənişləri (kooperati-

vin xalis mənfəətinin əsas hissəsi) almırlar. Əksinə, kooperativdə şəxsi əməyi və digər növ fəaliyyəti ilə iştirak 

edən özvlərə bu fəaliyyətə mütənasib surətdə əsas kooperativ ödənişləri verilir, habelə onlara özlərinin əməklə-

rinə görə əmək haqqı ödənilir. Kooperativin düşdüyü zərər də özvlər arasında bölüşdürülərkən bu qayda tətbiq 

edilir. Həmin qayda kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biridir.  

Kooperativin firma adı olmalıdır. Bu adda onun fəaliyyətinin əsas məqsədi, habelə «kooperativ» sözü gös-

tərilməlidir (MM-in 109-cu maddəsinin 17-ci bəndi). Məsələn, «Proqres» istehsal kooperativi», «Avand» aüac 

emalı kooperativi», «Ləzzət» ictimai iaşə kooperativi», «Rahatlıq» təmir-tikinti kooperativi», «Güydələn» mən-

zil-tikinti kooperativi» «Keyfiyyət satış-ticarət kooperativi», «Şəfa» müalijə sağlamlıq kooperativi» və s.  

Kooperativ müəyyən sayda şəxslərin birləşməsi deməkdir. O, şəxslərin könüllü birliyini ifadə edir. Bu, o de-

məkdir ki, kooperativ bir nəfərdən ibarət ola bilməz. Bu, onun hüquqi-iqtisadi təbiətindən və xarakterindən 

irəli gəlir. Buna görə də qanun kooperativin beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yara-

dılması haqqında qayda müəyyən edir (MM-in 109-1-ci maddəsinin 1-ci bəndi). Odur ki, kooperativ ya beşdən 




 

227


az olmayan fiziki şəxs, ya beşdən az olmayan hüquqi şəxs, ya da beşdən az olmayan fiziki və hüquqi şəxs tərə-

findən təsis edilə bilər. 

Kooperativ yaratmaq niyyətində olan şəxslər təşəbbüs qrupu yaradırlar. Həmin qrup kooperativin nizamna-

mə layihəsini hazırlayır, kooperativin özvlüyünə daxil olmaq barədə ərizələri qəbul edir, pay haqqı fondunun 

həjmi və onun yaranma mənbələrini göstərməklə kooperativin həyata keçirəjəyi fəaliyyəti əsaslandırır və koo-

perativin təsis yığınjağını hazırlayır. Bundan sonra təsis yıüıncaüı keçirilir. Təsis yıüıncaüı kooperativin yara-

dılması barədə qərar qəbul edir, onun nizamnaməsini təsdiq edir, kooperativin idarəetmə orqanlarını formalaş-

dırır  və  onun  özvlüyünə  daxil  olma  məsələsini  həll  edir.  Təsis  yığınjağının  qərarı  protokolla  rəsmiləşdirilir 

(MM-in  109-1-ci  maddəsinin  5-ci  bəndi).  Bunlardan  başqa,  kooperativin  yaradılması  zamanı  təsiszilərin  öz 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   714   715   716   717   718   719   720   721   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin