aralarında müqavilə (təsis müqaviləsi) bağlamaları tələb edilir ki, bu, kooperativin təsis edilməsi kimi zoxpil-
ləli mürəkkəb prosesin
mərhələlərindən biridir. O, birgə fəaliyyət haqqında müqavilə olub, kooperativin təş-
kilinə yünəlir. Həmin müqavilənin əsas parametrləri qanunda göstərilmişdir (MM-in 45-ci maddəsinin 2-ci
bəndi). Daha sonra isə müvafiq sənədlər dövlət qeydiyyatı orqanına göndərilir. Həmin orqan kooperativi dövlət
qeydiyyatından keçirir. Bu vaxtdan o, hüquqi şəxs statusu alır.
Kooperativin fəaliyyətinin hüquqi əsasını onun nizamnaməsi təşkil edir. O, nizamnamə əsasında fəaliyyət
göstərir. Nizamnamə kooperativin yeganə təsis sənədidir. Burada, hər şeydən əvvəl, ümumi xarakterli məlumat-
lar (kooperativin adı və hüquqi ünvanı, fəaliyyət müddəti, kooperativin fəaliyyətinin məzmunu və məqsədi,
onun hüquq və vəzifələri və s.) göstərilir. Bundan başqa, nizamnamədə göstərilir:
●
kooperativ özvlərinin pay haqlarının miqdarı;
●
pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ özvlərinin
məsuliyyəti;
●
kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi qaydası;
●
kooperativin əldə etdiyi mənfəətin bölüşdürülməsi qaydası;
●
kooperativin düşdüyü zərərin onun özvləri tərəfindən ödənilməsi qaydası;
●
kooperativ özvlərinin hüquq və vəzifələri, özvlük şərtləri;
●
kooperativin özvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları;
●
sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, özvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmi-
ləşdirilməsi, kooperativ özvlərinin ümumi yığınjağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və
s.) və s.
Kooperativin nizamnaməsində digər məlumatlar da göstərilə bilər. Burada göstərilən məlumatların dəqiq və
qəti siyahısını vermək olmaz. Məsələ burasındadır ki, nizamnamə hüquqi şəxs kimi kooperativin normativ əsası
olmaqdan başqa, həm də kooperativ özvləri arasında daxili münasibətləri tənzimləyən sənəddir. Əgər qanunve-
ricilik normalarını sistematik təfsir etsək, belə nəticəyə gələ bilərik ki, kooperativin nizamnaməsində bəzi məsə-
lələr barədə də (məsələn, kooperativ özvlərinin məsuliyyəti, kooperativin ləğvi və yenidən təşkili və digər mə-
sələlər barədə də) müddəalar nəzərdə tutulmalıdır və s. (MM-in 109-cu maddəsinin 10-cu bəndi).
Kooperativin fəaliyyətinin maddi bazasını onun əmlakı təşkil edir. Onun mülkiyyətində dövriyyə qabiliyyətli
istənilən əmlak ola bilər. Ona kooperativin vəsaitləri də deyilir. Kooperativin vəsaitləri onun əsas fondların-
dan, dövriyyə vəsaitindən və balansda göstərilən digər maddi aktivlərdən ibarətdir.
Kooperativin əmlakı iki əsas mənbə hesabına formalaşdırılır. Həmin mənbələrə aiddir (MM-in 110.1-ci
maddəsi).
●
kooperativin öz vəsaiti;
●
jəlb edilmiş vəsait.
Dostları ilə paylaş: |