Hüquqi şəxslərin ittifaqı dedikdə, bir neçə hüquqi şəxsin könüllü surətdə özvlük prinsipi əsasında elə
birliyi başa düşülür ki, bu birlik onların fəaliyyətlərini əlaqələndirmək, hüquqlarını müdafiə etmək və
ümumi əmlak mənafelərini təmsil etmək məqsədi güdür. O, yalnız özlərinin əmlak mənafelərinin deyil, bü-
tüvlükdə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda beynəlxalq
təşkilatlarda) məqsədinə xidmət edir.
Anlayışdan müəyyən edilir ki, hüquqi şəxslərin ittifaqı korporativ əsaslar prinsipi qaydasında yaradılır.
Belə ki, o, hüquqi şəxslərin özvlüyə əsaslanan könüllü birləşməsidir. Bu isə belə bir fikir söyləməyə əsas verir
ki, hüquqi şəxslərin ittifaqı korporativ təşkilat olub, hüquqi şəxslərin korporasiya növünə şamil edilir.
Anlayışdan müəyyən edilir ki, hüquqi şəxslərin ittifaqına daxil olan özvlər (iştirakçılar) yalnız hüquqi şəxs-
lərdən ibarət ola bilər. Bu ittifaqın iştirakçısı rolunda nə fiziki şəxslər, nə dövlət, nə də yerli özünüidarə orqanla-
rı çıxış edə bilərlər. Elə onun adı bunu sübut edir. Özü də hüquqi şəxslərin ittifaqında ya kommersiya təşkilatla-
rı, ya da qeyri-kommersiya təşkilatları birləşə bilərlər. Eyni bir ittifaqa həm kommersiya təşkilatları, həm də
Dostları ilə paylaş: |