ayrıca struktur bölmələridir. Bu, o deməkdir ki, həmin bölmələr hüquqi şəxsin təşkilati strukturuna onun bir
elementi (tərkib hissəsi) kimi daxildir. Hüquqi şəxsin təşkilati strukturunun digər elementlərindən (tərkib hissə-
lərindən) nümayəndəlik və filiallar onunla fərqlənirlər ki, onlar hüquqi şəxsin olduüu yerdən kənarda fəaliyyət
göstərirlər. Deməli, nümayəndəlik və filial onları yaradan hüquqi şəxsin təşkilati struktur hissəsidir.
Nümayəndəlik dedikdə, hüquqi şəxsin olduüu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini
təmsil və müdafiə edən xüsusi bölməsi başa düşülür (MM-in 53-cü maddəsinin 1-ci bəndi). O, müxtəlif
funksiyalar yerinə yetirir. Nümayəndəlik onu yaradan hüquqi şəxs adından əqdlər və müqavilələr bağlayır,
müxtəlif hüquqi hərəkətlər edir, hüquqi şəxsin maraq və mənafelərini müdafiə edir. Onun fəaliyyət predmetinə
həm də faktiki xarakterli və digər hərəkətləri etmək də daxildir. Məsələn, nümayəndəlik onu yaradan hüquqi
şə
xsi və onun buraxdığı məhsulları reklam edə, bağladığı əqdləri və müqavilələri icra edə və ya onların icra
olunmasına nəzarət edə bilər. Lakin nümayəndəlik onu yaradan hüquqi şəxsin həyata keçirdiyi istehsal və ya
Dostları ilə paylaş: |