Konsorsium dedikdə, firmaların, kompaniyaların, korporasiyaların və s. müvəqqəti olaraq müqavilə əsasın-
da elə birliyi başa düşülür ki, bu birliyin əsas məqsədi üçüncü şəxslərlə bağlanmış kontrakt özrə hər hansı geniş
miqyaslı maliyyə və ya sənaye, bir sözlə, iqtisadi-təsərrüfat layihələrini həyata keçirməkdən ibarətdir. Konsor-
sium birgə sahibkarlıq-təsərrüfat fəaliyyətinin təşkilati-hüquqi formasıdır. Hüquqi şəxslərin ittifaqından
fərqli olaraq o, hüquqi şəxs statusuna malik deyil. Konsorsium müqavilə əsasında yaranan müvəqqəti birlik
olub, spesifik subyekt tərkibi ilə xarakterizə olunur. O, yalnız sahibkarlardan ibarətdir. Konsorsiumun əsas
məqsədi üçüncü şəxsin verdiyi sifariş özrə konkret iqtisadi-təsərrüfat layihəsini həyata keçirməkdən ibarətdir.
Bax, onun əsas hüquqi əlamətləri bunlardan ibarətdir.
Sifarişçi ilə, bir qayda olaraq, konsorsiumda iştirak edən bütün partnyorlar adından vahid sənəd — baş saziş bağ-
lanılır. Bu müqavilə konstruksiyasının əsasını, söz yox ki, podrat müqaviləsi təşkil edir. Partnyorlar arasından biri
konsorsiumun baş özvü (lideri) təyin edilir ki, o, konsorsiuma rəhbərliyi həyata keçirir.
Hüquqi şəxslərin ittifaqını sindikatdan da fərqləndirmək lazımdır. Bizim ölkə qanunvericiliyində sindikatla-
rın hüquqi vəziyyətini müəyyənləşdirən normalar yoxdur. «Sindikat» termini XX əsrin əvvəllərində əmələ gəl-
mişdir. ×ox vaxt təcrübədə bu termin «konsorsium» termini ilə eyniləşdirilir. Amma bunlar sinonim (eyni mə-
nalı) anlayışlar hesab olunmur. Lakin onlar arasında müəyyən oxşar cəhətlər vardır.
Sindikat (yunanja «syndikos» — birlikdə fəaliyyət göstərən) eyni növlü sənaye müəssisələrinin elə birliyidir
ki, bu birlik məmulatların ümumi satış kontorası vasitəsilə satılması məqsədi ilə yaradılır. Satış kontorası xüsusi
ticarət ortaqlıüı formasında təşkil edilir. Sindikat iştirakçısı olan hər bir sənaye müəssisəsi kontorla öz məmulat-
larının satılması barədə eyni şərtli müqavilə bağlayır. Satış kontoru nizamnamə əsasında fəaliyyət göstərir. Sin-
dikat iştirakçıları öz istehsal müstəqilliyini saxlasalar da, kommersiya müstəqilliklərini itirirlər.
Sindikat spesifik subyekt tərkibinə malikdir. O, eyni bir sənaye sahəsində fəaliyyət göstərən sahibkarların
birliyidir. Sindikatın əsas məqsədi satışı təşkil etməkdən ibarətdir.
|