Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə758/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   754   755   756   757   758   759   760   761   ...   1820
suliyyət daşıyırlar (MM-in 117-ci maddəsinin 5-ci bəndi). Bu məsuliyyət qeyri-məhdud yox, məhdud xarak-

terlidir. Belə ki, həmin məsuliyyətin həcmi nizamnamədə nəzərdə tutulan miqdarla müəyyən edilir.  

Iştirakçı ittifaqdan çıxdığı halda belə, ittifaqın öhdəlikləri üçün subsidiar məsuliyyət daşımaqda davam edir. 

Belə ki, iştirakçı, əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, ittifaqdan çıxdığı gündən bir il ərzində it-

tifaqın öhdəlikləri üçün öz haqqına mütənasib surətdə subsidiar məsuliyyət daşıyır. Bu qayda iştirakçı məcburi 

surətdə ittifaqdan çıxarıldığı hallarda da tətbiq olunur (MM-in 119-cu maddəsinin 2-ci bəndi).  

Ittifaqa daxil edilmiş yeni iştirakçı da subsidiar məsuliyyət daşıya bilər. Belə ki, iştirakçıların hamısının razı-

lıüı ilə ittifaqa yeni iştirakçı daxil ola bilər. Yeni iştirakçı ittifaqın əvvəlki (yəni, iştirakçının daxil olmasına ki-




 

240


mi) öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyır. Bunun üçün lazımdır ki, bu qayda ittifaqın nizamnaməsində 

nəzərdə tutulsun (MM-in 119-cu maddəsinin 3-cü bəndi).  

Ittifaq  iştirakçıları  geniş  hüquqlara  malikdirlər.  Onların  ittifaqın  xidmətlərindən  əvəzsiz  istifadə  etmə

hüququ vardır (MM-in 119-cu maddəsinin 1-ci bəndi). Söhbət məsləhət, marketinq və digər xidmətlərdən ge-

dir. Iştirakçıların bu xidmətlərdən əvəzsiz istifadə etməsi onunla izah olunur ki, ittifaqın əmlak bazası, əsasən, 

onların verdikləri əmlak hesabına yaranır.  

Ittifaq iştirakçısının ittifaqdan könüllü surətdə çıxmaq hüququ vardır. O, hər hansı dəlil-səbəb, arqument 

və motiv gətirmədən istədiyi vaxt ittifaqdan çıxmasını bəyan edə və bunun üçün ərizə verə bilər. Amma ərizə 

verildiyi vaxt dərhal iştirakçının ittifaqla münasibətinə xitam verilmir. Münasibətə xitam verilməsi yalnız ma-

liyyə-təsərrüfat ili başa çatdıqda mümkün ola bilər. Ərizə verildiyi vaxtdan maliyyə-təsərrüfat ili qurtarana kimi 

iştirakçının borcudur ki, o özünün ittifaqda iştirakla bağlı vəzifələrini icra etsin.  

Iştirakçı məcburi qaydada ittifaqdan çıxarıla bilər. Bunun üçün əsas olan halların mövcudluüu lazımdır. 

Bu  halları  mülki  qanunvericilik  müəyyənləşdirmir.  Həmin  hallar  ittifaqın  nizamnaməsində  göstərilir  (MM-in 

119-cu maddəsinin 1-ci bəndi). Məsələn, nizamnamədə nəzərdə tutula bilər ki, öz vəzifələrini lazımınca icra et-

məyən və ya qanun pozuntularına yol verən və ya tələb olunan miqdarda haqq verməyən və s. iştirakçı ittifaqın 

tərkibindən zıxarılsın.  ttifaqdan zıxarılma qaydası da onun nizamnaməsində göstərilir. 

Ittifaq yenidən təşkil oluna bilər. Belə halda hüquqi şəxslərin yenidən təşkil olunması barədə ümumi qay-

dalar tətbiq olunur. 

Ittifaq həm də ləğv oluna bilər. Bu zaman hüquqi şəxslərin ləğvi haqqında ümumi qaydalardan istifadə olu-

nur. Özü də dərhal qeyd edirik ki, müflisləşmə yolu ilə ittifaqın ləğv edilməsi istisna edilir, bu, mümkün de-

yil. Ona görə ki, ittifaqın özvləri onun öhdəlikləri (borcları) üçün subsidiar (əlavə) məsuliyyət daşıyırlar.  

Hüquqi şəxslərin ittifaqı ləğv edildiyi halda onun əmlakı qala bilər. Bu əmlakın hüquqi taleyi və müqəddəra-

tı barədə mülki qanunvericilik xüsusi qayda müəyyənləşdirir (MM-in 117-ci maddəsinin 7-ci bəndi). Bu qayda 

qalan əmlakın ləğvetmə kvotası əsasında iştirakçılar arasında bölüşdürülməsini istisna edir. Həmin qaydaya gö-

rə,  qalan  əmlak  ittifaqın  nizamnaməsində  göstərilmiş  məqsədlər  üçün  istifadə  olunur.  Əgər  bu  cür  istifadə 

mümkün olmazsa, onda həmin əmlak dövlət mülkiyyətinə (büdcəsinə) mədaxil olunur.  

Ittifaqı hüquqi şəxslərin birləşməsi olan konsorsiumdan (latınca consortium - iştiraketmə, birlik) fərqləndir-

mək lazımdır. «Konsorsium» termini XX əsrin ortalarında yaranmışdır. Mülki qanunvericilik ona anlayış ver-

mir. Burada biz konsorsiumun tənzimlənməsinə və onun əsas hüquqi parametrlərinin müəyyən edilməsinə rast 

gəlmirik. Lakin buna baxmayaraq, hüquq doktrinasında, habelə iqtisadi ədəbiyyat səhifələrində onun əsas cəhət 

və əlamətlərinin müəyyənləşdirilməsinə təşəbbüs göstərilir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   754   755   756   757   758   759   760   761   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin