§
1. Əşya hüququnun anlayışı, predmeti və mənbələri
1. Əşya hüququ mülki hüququn yarımsahəsi kimi
Mülki hüququn yarımsahələrindən biri əşya hüququ adlanır. Özü də haqlı və mübaliğəsiz olaraq göstərə bi-
lərik ki, o, mülki hüququn ən vacib, ən mühüm və ən zəruri yarımsahəsidir. Bu, onunla izah edilir ki, həmin ya-
rımsahə «bütün indiki xalq təsərrüfatı həyatının məhək daşı olan əsas əşya hüququ — mülkiyyət hüququ ilə»
bağlıdır. Bu, onunla əlaqədardır ki, əşya hüququnun əsas «işi» mülkiyyət münasibətlərini nizama salmaq və rəs-
miləşdirməkdən ibarətdir. Mülkiyyət münasibətləri isə vətəndaş cəmiyyətinin və ictimai-iqtisadi quruluşun əsa-
sını təşkil edir. Məşhur Höte «Faust» əsərinin qəhrəmanının dili ilə deyir ki, «mənə şan-şöhrət deyil, mülkiyyət
lazımdır»; bunlar, əlbəttə, təsadüfi deyilməmiş sözlərdir.
Əş
ya hüququ kontinental (roman-german) hüquq ailəsinin alman qrupuna (yarımsisteminə) daxil olan döv-
lətlərin mülki hüquq sahəsinin xüsusi hissəsinə daxildir. Kontinental Avropa ölkələrinin — Bolqarıstanın, Ma-
jarıstanın, Polşanın, Çexiyanın, Almaniyanın, spaniyanın, taliyanın, sveçrənin mülki qanunvericiliyində əşya
hüququ vacib və mühüm kateqoriya kimi nəzərdə tutulur. taliya MM-inin üçüncü kitabı «Əşya hüququ» adla-
nır ki, bu, doqquz bölmədən ibarətdir. Hollandiya MM-inin «Əşya hüququ» adlı 5-ci kitabı doqquz bölməni
ə
hatə edir. Almaniya Mülki Qanunnaməsinin birinci kitabı yeddi bölmədən ibarətdir. Həmin kitabın ikinci böl-
məsinə daxil olan normalar əşyaların hüquqi recimini müəyyən edir. Göstərilən bölmə «Əşyalar» adlanır. Qa-
nunnamənin üçüncü kitabı «Əşya hüququ» adlanır. O özündə doqquz bölməni əhatə edir. Əşya-hüquqi münasi-
bətləri haqqında normalar məhz bu bölmələrdə (§854-1296) ifadə edilir. Almaniya Mülki Qanunnaməsinə əsas-
lanan Yaponiya Mülki Məcəlləsinin ikinci bölməsi «Əşya hüququ» (175-338
22
-ci maddələr) adlanır. Bu bölmə
on fəsildən (ümumi müddəalar, sahiblik, mülkiyyət hüququ, superfitsi, servitut və b. fəsillərdən) ibarətdir.
Fransa MM-inin ikinci kitabı «Əmlak və mülkiyyət hüququnun dəyişməsi» adlanır. Burada əşya hüququnu
tənzimləyən normalar jəmlənmişdir. Kitab dörd bölmədən ibarətdir. Özü də dərhal qeyd etməliyik ki, kontinen-
tal Avropa ölkələrinin əşya hüququ barədə qanunvericiliyinin tarixi kökü və mənşəyi Roma xüsusi hüququ ilə
bağlıdır. Əşya hüququ bu hüququn əsas sahələrindən biri sayılırdı. Roma xüsusi hüququna görə, əşya hüququ
dedikdə, əşya barəsində subyektlər arasında yaranan münasibətləri tənzimləyən hüquq normaları başa düşülür-
dü. Roma hüquqşünasları əşya hüququna anlayış vermirdilər.
Hüquq ədəbiyyatında əşya hüququnun mülki hüququn yarımsahələrindən biri olması fikri, demək olar ki, bü-
tün müəlliflər tərəfindən mübahisəyə yol verilmədən qəbul edilmişdir. Bəzi müəlliflər mülki hüququn bu yarım-
sahəsini «əşya hüququ», bəziləri isə «mülkiyyət hüququ və digər əşya hüquqları» adlandırırlar. Almaniya hü-
quq doktrinasında əşya hüququnun (Sachenrecht) müstəqil bölmə (hissə) kimi ayrılması mübahisə doğuran mə-
sələdir. Amma qanunverici rəsmi surətdə əşya hüququna Almaniya mülki hüququnun müstəqil hissəsi (bölmə-
246
si) kimi prinsipial əhəmiyyət verir. Yaponiya Mülki Məcəlləsi də əşya hüququnu mülki hüququn müstəqil his-
səsi kimi nəzərdə tutur.
Əş
ya hüququ həm obyektiv, həm də subyektiv mənada işlədilir. Obyektiv mənada əşya hüququ mülki hü-
ququn yarımsahələrindən (predmetinə görə qarşılıqlı əlaqədə olan eynicinsli mülki hüquq institutlarının
məcmusundan) biri kimi çıxış etməklə, həmin hüquq sahəsinin tərkib hissəsinə çevrilir. Mülki hüququn pred-
metinə daxil edilən əmlak münasibətlərinin bir növü əşyanın (əmlakın) məxsusluğu ilə əlaqədar olan müna-
Dostları ilə paylaş: |