2. Subyektiv mənada əşya hüququnun (Dingliche Rechte)
xüsusiyyətləri
Subyektiv mənada əşya hüququ dedikdə, konkret subyektin əmlak dövriyyəsinin maddi obyekti kimi əşya
barəsində olan hüququ başa düşülür. Əşya hüququ bu hüququ əldə edən şəxsin hər hansı digər şəxsdən asılı ol-
madan əşyaya bilavasitə təsir etmək imkanını ifadə edir; əşya hüququ subyektin əşya üzərində, əşya barəsin-
də hüququ deməkdir; bu hüququn sahibi əşya üzərində müstəsna yiyəlik (sahiblik) ixtiyarına və səlahiyyətinə
malik olur.
Əş
ya hüququnun mahiyyətinə xarici ölkələrin sivilistika doktrinası xüsusi diqqət yetirir. Məsələn, Yaponiya
doktrinası əşya hüququnun iki əsas cəhətini göstərir. Birinci cəhət müəyyən əşya üzərində birbaşa sahiblikdən
(yiyəlikdən) ibarətdir. Birbaşa sahiblik (yiyəlik) yiyəsi tərəfindən əşya üzərində sahibliyin başqa şəxslərin hərə-
kətlərindən asılı olmadan bilavasitə həyata keçirilməsini ifadə edir. kinci cəhət isə sahibinin öz əşyasından fay-
da götürməkdə müstəsna hüquqa malik olmasından ibarətdir. Hüququn müstəsnalığı onu ifadə edir ki, hər hansı
əş
ya barəsində şəxs üçün əşya hüququ müəyyənləşdiriləndə, məzmunja onun eyni olan hüquq başqa şəxs üçün
müəyyən edilə bilməz; bu isə o deməkdir ki, əşyadan yalnız onun sahibi istifadə və fayda götürə bilər; başqa
şə
xslər əgər əşyadan istifadə etmək və fayda götürmək istəsələr, həmin şəxslər onda hökmən onun sahibindən
icazə və razılıq almalıdırlar.
Subyektiv mənada əşya hüquqları subyektiv əşya hüquqları və ya sadəjə olaraq əşya hüquqları deməkdir.
Subyektiv əşya hüquqları (və ya əşya hüquqları) isə mülki (əmlak) hüquqların bir növü sayılır. Məsələn, şəxs
yaşayış evinə sahiblik, yaşayış evindən istifadə və onun üzərində sərənjam vermək hüquqlarına malikdir. Sahib-
lik, istifadə və sərənjam hüquqları, habelə yaşayış evi barəsində digər hüquqlar subyektiv əşya hüquqlarıdır.
Əş
ya hüquqları bir sıra spesifik xüsusiyyətə malikdir. Birincisi, əşya hüquqları ilə əşyanın bu və ya digər
şə
Dostları ilə paylaş: |