sibətlərdir ki, bu münasibətlər hüquqi cəhətdən əşya hüququ kateqoriyasının vasitəsilə rəsmiləşdirilir. Həmin
ə
mlak münasibətləri statik xarakterə malikdir. Mülki hüquqla tənzimlənən statik əmlak münasibətləri əşya
hüququnun predmetini təşkil edir.
Beləliklə, obyektiv mənada əşya hüququ dedikdə, əmlak münasibətləri subyektlərinə, yəni fiziki şəxs-
lərə, hüquqi şəxslərə, dövlətə və bələdiyyəyə əşyanın (əmlakın) məxsusluğu ilə əlaqədar olan münasibətlə-
ri nizama salan mülki hüquq normalarının məcmusu başa düşülür. Başqa sözlə desək, maddi nemətlərin
məxsusluğu ilə, bu nemətlərə yiyələnməklə (sahiblik etməklə) bağlı olan münasibətləri, yəni statik münasibətlə-
ri qaydaya salan normaların sistemi əşya hüququnu yaradır. Bu xüsusiyyəti ilə əşya hüququ mülki hüququn di-
gər yarımsahəsi olan öhdəlik hüququndan fərqlənir. Öhdəlik hüququ dinamik münasibətləri, yəni əmtəənin
Dostları ilə paylaş: |