lamətlərə malik olan əşya ola bilər. Məhz bu səbəbdən müvafiq əşyanın məhv olması avtomatik olaraq həmin
əş
yaya olan hüququn (əşya hüququnun) da xitam edilməsini şərtləndirir. Buna görə də cinsi əlamətləri ilə mü-
ə
yyən edilən əşyalar əşya hüquqlarının obyekti qismində çıxış edə bilməz; çünki belə əşyalar hüquqi cəhətdən
ə
vəz ediləndir.
Əş
ya hüququnun beşinci xüsusiyyəti onun üstün hüquq olmasından ibarətdir. Buna görə də əgər əşya hüququ
ilə öhdəlik hüququ arasında kolliziya (toqquşma) olarsa, birinci əşya hüququ həyata keçirilir. Məsələn, əgər borc-
lu aldığı krediti qaytarmazsa, onda kredit verənin tələbi girov qoyulmuş əmlak hesabına birinci olaraq təmin edi-
lir; bundan sonra digər kreditorların tələbləri ödənilir.
Bütün bu xüsusiyyətləri ilə əşya hüquqları mülki (əmlak) hüquqların digər növü olan öhdəlik hüquqlarından
fərqlənir. Mülki (əmlak) hüquqların əşya və öhdəlik hüquqları adlı iki yerə bölünməsi, bu hüquqlardan əşya hü-
quqları kimi müstəqil növün ayrılması dünyanın praktiki olaraq bütün hüquq sistemlərində nəzərdə tutulmuş-
dur. Əşya və öhdəlik hüquqlarının xarakteri məsələsi XIX əsrdə Avropa sivilistika doktrinasında müəyyənləşdi-
rilmişdir. Həmin dövrdə belə bir konsepsiya əsaslandırılmışdı: əşya hüququ şəxsin əşyaya olan elə bir münasi-
bətidir ki, bu münasibət onun əşya üzərində sahibliyini (yiyəliyini) hüquqi cəhətdən ifadə edir; öhdəlik hüququ
isə, heç olmazsa, azı iki şəxs arasında elə bir münasibətdir ki, bu münasibətə görə, onlar hüquq və vəzifə daşıyı-
cısı kimi çıxış edirlər. Bu konsepsiya alman sivilistika, əsasən də pandekt ədəbiyyatında daha geniş yayılmışdı.
Onu bir sıra fransız və inqilabaqədərki rus hüquqşünasları da dəstəkləyirdilər.
Roma hüququ əmlak hüquqlarını əşya və öhdəlik hüquqlarına bölməsə də, Roma hüquqşünasları əşya iddia-
ları (actiones in rem) və şəxsi iddialar (actiones in personam) arasında fərqlər olması barədə fikir irəli sürürdü-
lər. Əşya və öhdəlik hüquqlarının bir-birindən fərqləndirilməsi sonrakı dövrün Roma alimləri tərəfindən (məsə-
lən, klassik Roma hüquqşünası olan Pavel tərəfindən) müəyyən edilmişdi.
Roma hüququ əşya hüquqlarına daxil etmişdi: mülkiyyət hüququnu (bununla əlaqədar əşyaya faktiki sahibli-
yi); başqasının (özgəsinin) əşyalarına olan hüquqları. Başqasının (özgəsinin) əşyalarına olan hüquqlara şamil
olunmuşdu: servitut hüququ; girov hüququ; emfitevzis (əvəzi ödənilməklə özgəsinin kənd təsərrüfatı torpağın-
dan uzunmüddətli, özgəninkiləşdirilən, vərəsəlik üzrə keçən istifadə hüququ); superfitsi (haqqı ödənilməklə öz-
gəsinin şəhər torpağı sahəsində özgəninkiləşdirilən, vərəsəlik üzrə verilən tikili ujaltmaq hüququ).
Azərbaycan Respublikasının Mülki Məcəlləsi əşya hüquqlarının dairəsini müəyyən edir: mülkiyyət hüququ
(MM-in 152-ci maddəsi); mülkiyyətçi olmayan şəxslərin hüquqları (MM-in 158-ci maddəsi).
Dostları ilə paylaş: |