prinsipi.
Əş
ya münasibətlərinin mülki-hüquqi tənzimlənməsində Azərbaycan Respublikasının Konstitusiyasının
müəyyən etdiyi müddəalar prinsipial əhəmiyyətə malikdir. Konstitusiyanın 29-cu maddəsi vətəndaşların mül-
kiyyət hüququnu təsbit edir, heç bir növünə üstünlük verilməyən mülkiyyət hüququnun, o cümlədən xüsusi
mülkiyyət hüququnun qanunla qorunması prinsipini müəyyənləşdirir. Konstitusiyaya görə, heç kəs məhkəmə-
nin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, əmlakın tam müsadirəsinə yol verilməsi istisna edilir.
Konstitusiya dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaq-
jadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilməsi haqqında qayda müəyyən edir.
Əş
ya hüququnu tənzimləyən əsas normativ akt Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsidir.
Mülki Məcəllənin üçüncü bölməsi (135-323-1-ci maddələr) əşya hüququna həsr edilmişdir. Əşya hüququnun
tənzimlənməsində əsas mənbə olan Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi əşya hüququna xarakte-
ristika verərkən kontinental mülki hüquq ailəsinin alman qrupuna (yarımsisteminə) daxil olan ölkələrin
qanunvericiliyinə əsaslanır. Xüsusən də Almaniya Mülki Qanunnaməsinin «Əşya hüququ» adlı 3-cü kitabının
(§ 854-1296) təsiri qeyd edilməlidir.
Əş
ya münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunları vacib rol oynayır. Xüsu-
sən, Torpaq Məcəlləsinin, «Aqrar islahatların əsasları haqqında», «Kolxoz və sovxozların islahatı haqqında»,
«Sahibkarlıq fəaliyyəti haqqında» və «Torpaq islahatı haqqında» qanunların, habelə Su Məcəlləsinin, Meşə
Məcəlləsinin bu sahədə əhəmiyyəti böyükdür. 29 sentyabr 1995-ci il tarixli qanunla təsdiqlənmiş «Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın xalq təsər-
rüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulmasında, özəlləşdirmə münasi-
bətlərinin qaydaya salınmasında mühüm rolu olmuşdur.
Əş
ya hüququnun bəzi məsələləri prezident fərman və sərənjamları ilə də tənzimlənə bilər. Məsələn, prezi-
dentin 2000-ci il 10 avqust tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət Proqramı» dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində mühüm rol
oynayır.
Əş
ya münasibətlərinin qaydaya salınmasına Nazirlər Kabinetinin normativ aktları ilə də toxunula bilər.
Məsələn, Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli qərarı ilə təsdiq etdiyi təlimat əlillərin mülkiyyətinə
pulsuz olaraq, avtomobillər və motorlu arabalar verilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |