sin özünəməxsus olduğu əşyaya münasibətidir. Bu münasibətin sayəsində həmin şəxs (mülkiyyətçi) əşyaya
bilavasitə təsir etməklə özünün maraq və mənafeyini təmin edir. Mülkiyyətin bu cür xarakterizə olunması Av-
ropa sivilistika doktrinasında əsaslandırılmışdır.
Mülkiyyət «səninki» və «mənimki» kimi anlayışların fərqləndirilməsinə əsaslanır. «Öz əşyam» («mənimki»)
və ya «özgə əşyası» («səninki») onu ifadə edir ki, cəmiyyətdə şəxslər arasında əlaqə mövcuddur. Bir tərəfdə əş-
yaya özününkü kimi baxan, ona özününkü kimi münasibət bəsləyən mülkiyyətçi, digər tərəfdə isə həmin əşyaya
özgəninki kimi münasibət bəsləyən qeyri-mülkiyyətçi şəxslər («bütün hamı və hər kəs») durur. «Bütün hamı və
hər kəs» özgə əşyasına qəsd etməkdən çəkinməyə borcludur. Bu, onu ifadə edir ki, mülkiyyətçinin əşyada ifadə
olunan iradəsinə qəsd etmək olmaz. Deməli, mülkiyyət əşya barəsində şəxslər arasında münasibətdir. Mül-
kiyyətin bu cür xarakterizə olunması Avropa sivilistika doktrinasında əsaslandırılmışdır.
Mülkiyyət əşya formasında maddi substrata (məzmuna, əsasa) malikdir. Bununla bərabər, mülkiyyət həm
də iradəvi məzmuna malikdir. Mülkiyyətçinin yalnız iradəsi ilə əşya ona məxsus olur. Bunun üçün o, maddi
nemətlərin istehsalı, mübadiləsi, bölgüsü və istehlakı prosesində digər şəxslərlə münasibətə girir ki, bu, ictimai
xarakterə malikdir. Buna görə də maddi substrata və iradəvi məzmuna malik olan mülkiyyət həm də ictimai
Dostları ilə paylaş: |