4. Əşya hüququnun əsas institutları, predmeti və prinsipləri. Əşya hüququnun mülki-hüquqi tənzim-
lənmə mənbələri
Maddi nemətlərin (əşyaların) məxsusluğu barədə əmlak münasibətləri hüquqi cəhətdən əşya hüquq münasi-
bətləri kimi rəsmiləşdirilir. Ona görə ki, bu münasibətlər əşya hüququnun vasitəsilə tənzimlənir. Həmin münasi-
bətlər iki yerə bölünür: mülkiyyət münasibətlərinə; digər (məhdud) əşya hüquqları ilə bağlı olan münasibətlərə
(məhdud əşya münasibətlərinə).
Mülkiyyət münasibətləri əşyanın mülkiyyətçiyə məxsus olması ilə bağlı olaraq yaranır. Bu münasibətlər
əş
yadan istifadə etməkdə mülkiyyətçiyə maksimum dərəcədə imkan verir. Mülkiyyət münasibətləri mülkiyyət
hüquq institutu ilə tənzimlənir ki, bu, əşya hüququnun əsas institutu hesab edilir. Mülkiyyət hüquq institutu
əş
ya hüququnun mühüm, başlıja və fundamental institutu sayılır.
Dostları ilə paylaş: |