Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə797/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   793   794   795   796   797   798   799   800   ...   1820
Sərənjam dedikdə, əşyanın hüquqi müqəddəratının həll edilməsi başa düşülür. Sərənjam onu ifadə edir ki, 

bununla əşyanın hüquqi taleyini müəyyən edən akt həyata keçirilir. Əşya barəsində həyata keçirilən akt dedik-

də, əşyanın özgəninkiləşdirilməsi (müqavilə üzrə satılması, dəyişdirilməsi, bağışlanması, vərəsəlik üzrə veril-

məsi), girov qoyulması, icarəyə verilməsi, məhv edilməsi və s. başa düşülür. 

Beləliklə, iqtisadi kateqoriya kimi mülkiyyət dedikdəşəxslər arasında əşya barəsində elə bir iqtisadi 

(faktik) münasibət başa düşülür ki, bu münasibət mülkiyyətçiyə əşya üzərində sahiblik, istifadə etmək və 

sərənjam vermək kimi iradəvi hərəkətlər etmək imkanı verir

3. Mülkiyyət hüququnun hüquqi anlayışı 

« qtisadi kateqoriya olan mülkiyyət» və «mülkiyyət hüququ» kimi anlayışlar bir-birindən fərqlənir. Bunlar 

üst-üstə düşməyən və bir-birinə tam uyğun gəlməyən anlayışlardır.  lk növbədə onu qeyd edək ki, iqtisadi kate-

qoriya olan mülkiyyət tarixən mülkiyyət hüququndan daha əvvəl əmələ gəlmişdir. 

qtisadi  kateqoriya  kimi  mülkiyyət  insan  cəmiyyəti  ilə  bərabər,  onunla  eyni  vaxtda  yaranmışdır.  Belə  ki, 

mülkiyyət  iqtisadi  münasibətləri  hələ  ibtidai  ijma  quruluşunda  dövlət  və  hüququn  olmadığı  bir  zamanda 

mövcud olmuşdur. Dövlət və hüququn meydana gəlməsi ilə təbii ki, cəmiyyətdəki mülkiyyət iqtisadi münasi-

bətlərinin hüquqi cəhətdən ifadə edilməsinə və tənzimlənməsinə, mülkiyyətçilərin mənafelərinin hüquqi müha-

fizəsinə  zərurət  yarandı.  Bu  səbəbdən  əsas  istehsal  vasitələrinin  mülkiyyətçiləri  özlərinin  siyasi  təşkilatı  olan 

dövlətin məjburetmə qüvvəsi və hüquq normalarının vasitəsilə mülkiyyət münasibətlərini qaydaya salmağa baş-

ladılar. Bunun nəticəsində iqtisadi bazis olan mülkiyyət iqtisadi münasibətləri dövlət və hüquq kimi üstquru-

mun vasitəsilə hüquqi cəhətdən təsbit olundu. 

Qeyd etmək lazımdır ki, mülkiyyət iqtisadi münasibətləri mülkiyyət hüququ ilə hüquqi cəhətdən qorunur və 

nizama  salınır.  Bu  münasibətlər  hüquq  normaları  ilə  tənzimlənməklə  mülkiyyət  hüququ  formasını  alır.  Daha 

doğrusu,  mülkiyyət  hüququ  iqtisadi  kateqoriya  olan  mülkiyyəti  hüquqi  cəhətdən  rəsmiləşdirir  və  ifadə  edir. 

Ə

gər mülkiyyət  (mülkiyyət iqtisadi münasibətləri) bazis kateqoriyasına aiddirsə, mülkiyyət hüququ üstqurum 



kateqoriyasına daxildir. Fəlsəfi planda onlar arasındakı münasibət məzmun və forma kateqoriyaları arasındakı 

ə

laqə kimidir. Belə ki, əgər iqtisadi mənada mülkiyyət (mülkiyyət iqtisadi münasibətləri) məzmundursa, mül-



kiyyət hüququ iqtisadi mənada mülkiyyətin formasıdır. 

Mülkiyyət hüququ anlayışı iki mənada işlədilir: obyektiv mənada mülkiyyət hüququ; subyektiv mənada 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   793   794   795   796   797   798   799   800   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin