Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə80/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   76   77   78   79   80   81   82   83   ...   1820
Insan hüquq və azadlıqlarına hörmət etmək beynəlxalq hüququn prinsiplərindən biridir. Bu prinsip 20 de-

kabr  1948-ci  ildə  qəbul edilmiş  «Insan  hüquqlarının  Ümumi  Bəyannaməsi»ndə  ifadə  olunmuşdur.  Göstərilən 

həmin prinsip mülki hüquq üçün böyük əhəmiyyət kəsb edir.  

Təbii ki, beynəlxalq hüququn prinsiplərinin hamısı mülki hüquqda eyni dərəjədə tətbiq edilə bilməz. Qeyd 

etdiyimiz prinsiplərin xüsusilə mülki hüquq özün vacib əhəmiyyət kəsb etməsi şəksizdir.  

3. Hüquqi adətlər mülki hüququn mənbə  

növlərindən biri kimi  

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi hüquqi adətləri mülki hüququn mənbə növlərindən 

biri kimi tanıyır və qəbul edir. Qədim Roma hüququ adətləri hüququn əsas mənbəyi sayırdı. Dünyanın, demək 

olar ki, bütün hüquq ailələri (sistemləri), yəni roman-german, ingilis-amerikan, dini (müsəlman, indus) və s. ai-

lələr müasir dövrdə onlara hüququn mənbəyi kimi əhəmiyyət verir. 

Hüquqi adətlər hüququn ən qədim mənbəyidir. O, tarixən qanunların «sələfi» olmuşdur. Hüquqi adətlər sosi-

al cəhətdən əhəmiyyəti olan elə münasibətləri tənzimləyirdi ki, qanunverici bu münasibətlərin qaydaya salınma-

sını ya vaxtı çatmamış hesab edirdi, ya da ki həmin münasibətlərin nizama salınmasını özü istəmirdi.  

Öz  təbiətinə  görə  hüquqi  adətlər  konservativ  (mühafizəkar,  yeniliyə  zidd)  xarakter  daşıyır.  Belə  ki,  onlar 

ictimai cəhətdən əhəmiyyəti olan insan davranışının daha rasional variantlarının dəfələrlə təkrar olunması, ümu-

miləşdirilməsi və nəsildən-nəslə verilməsi nəticəsində yaranır.  

Adətlər  və  hüquqi  adətlər  (adət  hüququ)  kimi  iki  anlayışı  qarışdırmaq  olmaz.  Adətlər  insanlar  tərəfindən 

müəyyən hərəkətlərin uzun zaman dəfələrlə təkrarlanması nəticəsində faktiki olaraq yaranan davranış qaydası-

dır. Adətlər hüququn mənbəyi hesab edilmir. Əgər bu adətlər dövlət tərəfindən sanksiyalaşdırılarsa, yəni qanun-

la rəsmi surətdə ümumi məcburi qayda kimi tanınarsa və müdafiə olunarsa, onda onlara hüquqi adətlər deyilir. 

Dövlətin sanksiyalaşdırdığı adətlər ümumməcburi davranış qaydasına çevrilir. Buna görə də hüquqi adətlər hü-

ququn mənbəyi kimi çıxış edir. Hüquqi adətlər ona görə hüquqi adlanır ki, onlar hüquqda ifadə edilir, hüquqla 

qorunur və müdafiə edilir və bununla hüquqi qüvvə alır.  

Mülki dövriyyədə adətlər əmlak dövriyyə adətləri anlayışı ilə əhatə olunur. Əmlak dövriyyə adətləri dedik-

də, mülki (əmlak) dövriyyədə faktiki olaraq dəfələrlə təkrar olunmaq nəticəsində yaranan davranış qaydaları ba-

ş

a düşülür. Bu qaydalar ümumi məcburi xarakterə malik deyil. Ona  görə də onlar özlüyündə mülki hüququn 



mənbəyi  kimi  çıxış  edə  bilmir.  Əmlak  dövriyyə  adətlərinə  misal  olaraq  öhdəliklərin  icrası  zamanı  subyektin 

«adətən irəli sürülən tələblərə» müvafiq surətdə hərəkət etməsini göstərmək olar (MM-in 425-ci maddəsinin 1-

ci bəndi). Başqa bir misalda satılan əşyanın komplektliyi «adətən irəli sürülən tələblə» müəyyənləşdirilə bilər 

(MM-in 590-cı maddəsi). Alıcı satılmış əşyanı qəbul edərkən adətən irəli sürülən tələblərə uyüun olaraq hərəkət 

etməyə borcludur (MM-in 596-cı maddəsi). «Adətən irəli sürülən tələblər» dedikdə, mülki dövriyyədə yaranan 

davranış qaydası başa düşülür. Deməli, bu cür tələblər əmlak dövriyyə adətləri hesab olunur.  

Qeyd etdik ki, əmlak dövriyyə adətləri («adətən irəli sürülən tələblər») mülki hüququn mənbəyi kimi tanın-

mır və qəbul edilmir. Bu adətlərin mülki hüququn mənbəyi kimi çıxış etməsi üçün gərəkdir ki, onlar dövlət tə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin