verilməsinə yönələn müqavilələr adlanır. Onlara əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələr də de-
yilir. Bu qəbildən olan müqavilələr bir tərəf üçün mülkiyyət hüququnun əmələ gəlməsinə, digər tərəf üçün isə
mülkiyyət hüququna xitam verilməsinə səbəb olur. Məsələn, alqı-satqı müqaviləsi əsasında satıcı əşya üzərində
mülkiyyət hüququnu itirir, alıcı isə mülkiyyət hüququ əldə edir. Başqa bir misalda bağışlama müqaviləsi əsasın-
da hədiyyə verən əşya üzərində mülkiyyət hüququnu itirir, hədiyyə alan isə mülkiyyət hüququ qazanır.
Mülkiyyət hüququ, əsasən, öhdəlik müqavilələri vasitəsilə əldə olunur. Söhbət alqı-satqı, dəyişmə, mal
göndərmə, renta və s. müqavilələrdən gedir. Bununla belə, əşya müqaviləsi də mülkiyyət hüququnun əmələ
gəlmə üsulu kimi çıxış edə bilər. Məsələn, daşınar əşyaya mülkiyyət hüququnun verilməsi barədə müqavilə
məhz əşya müqaviləsinə misal ola bilər. Daşınmaz əşyaya mülkiyyət hüququnóí verilməsi barədə müqavilə də
əş
ya müqaviləsi kateqoriyasına aiddir. Mülkiyyət hüququnun əldə olunması üçün iki şərtə əməl olunması vacib-
dir: birincisi, daşınmaz əşyanın verilməsi barədə tərəflərin razılığa gəlmələri; ikincisi, daşınmaz əmlakın dövlət
reyestrində (Almaniya qanunvericiliyinə görə, torpaq kitabıíäà) qeydə alınması.
Müqavilə àíëàyûøû sivilistika doktrinasında üç mənada işlədilir: birincisi, mülki hüquq münasibəti mənasın-
da; ikincisi, hüquq münasibətinin yaranması faktını qeydə alan sənəd mənasında; üçüncüsü, mülki hüquq müna-
sibəti yaradan hüquqi fakt mənasında. Müqavilələr məhz hüquqi fakt mənasında mülkiyyət hüququnun əmələ
gəlməsinə səbəb olur.
Müxtəlif müqavilələr əsasında mülkiyyət hüququnun əldə edilməsi üsulu müqavilə hüququ institutunda öy-
rənilir ki, bu, mülkiyyət hüququ hüdudlarından kənara çıxır. Müqavilə vasitəsilə əmlakın özgəninkiləşdirilməsi-
nin konkret üsulları müqavilə hüququnun normaları ilə müəyyən edilir.
Dostları ilə paylaş: |