2. Mülki-hüquqi əqdlər mülkiyyət hüququnun
ə
ldə edilməsinin törəmə üsulu kimi
Mülkiyyət hüququnun əmələ gəlməsinin əsas törəmə üsullarından biri əqd əsasında əmlakın verilməsidir.
Bu üsul MM-in 181-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur. Göstərilən halda əqd əldə edən üçün
mülkiyyət hüququnun əmələ gəlməsinin hüquqi əsası (titulu) kimi çıxış edir.
Ə
qd dedikdə, hər şeydən əvvəl, müqavilə başa düşülür. Müqavilə əldə edən üçün mülkiyyət hüququnun
ə
mələ gəlməsini şərtləndirən hüquqi faktdır. Mülki hüquqda bir çox müqavilə mülkiyyət hüququnun verilməsi-
nə, bir şəxsdən digərinə keçməsinə yönəlmişdir. Belə müqavilələrə şamil etmək olar: alqı-satqı müqaviləsini
(MM-in 567-ci maddəsi); pərakəndə alqı-satqı müqaviləsini (MM-in 614-cü maddəsi); mal göndərmə müqavi-
ləsini (MM-in 627-ci maddəsi); dəyişdirmə müqaviləsini (MM-in 662-ci maddəsi); bağışlama müqaviləsini
(MM-in 666-cı maddəsi); borc müqaviləsini (MM-in 739-cu maddəsi) və əmlakın özgəninkiləşdirilməsinə dair
digər müqavilələr. Belə müqavilələr sivilistika doktrinasında və mülki qanunvericilikdə əmlakın mülkiyyətə
Dostları ilə paylaş: |