nun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi ona verməlidir (MM-in 181-ci maddəsinin 1-ci
bəndi). Amma bu halda əşyaya sahibliyin verilməsinə yalnız maddi akt kimi baxmaq olmaz. Məlum məsələdir
ki, təkcə maddi akt, yəni əşyanın faktiki (fiziki) cəhətdən əldə edənə verilməsi özlüyündə daşınar əşyaya mül-
kiyyət hüququnun keçməsinə səbəb olmur. Bunun üçün həm də vacibdir ki, mülkiyyətçi ilə əldə edən əşyaya
mülkiyyət hüququnun verilməsi və keçməsi barədə qarşılıqlı razılığa gəlsinlər. Almaniya sivilistika doktri-
nasında «əşyanın verilməsi» anlayışına məhz bu aspektdən yanaşılır. Dernburq göstərirdi ki, əşyanın verilməsi
aşağıdakıları tələb edir: birincisi, mülkiyyət hüququnu verən şəxsin buna səlahiyyətinin olması; ikincisi, mül-
kiyyətçi ilə əldə edənin iradələrinin üst-üstə düşmələri; sahibliyin verilməsi. L.Ennekserus belə hesab edirdi ki,
tərəflərin sazişindən və əşyanın verilməsindən ibarət olan hüquqi əqd və ya müqavilə hüquqi nəticənin yaran-
ması (mülkiyyət hüququnun verilməsi) üçün əsasdır. Müəllif yazırdı ki, tərəflərin sazişi onların arzu etdikləri
hüquqi nəticəyə gətirib çıxarmır, bunun üçün həm də daşınar əşyanın özünün verilməsi gərəkdir. A.Rörixtin
fikrinjə, mülkiyyət hüququnun verilməsi üçün lazımdır ki, mülkiyyətçi əşyanı əldə edənə versin və onlar mül-
kiyyətin keçməsi barədə razılığa gəlsinlər.
Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarının əhatə dairəsi bir o qədər geniş deyil. lkin üsullara
nisbətən onların sayı məhduddur. Törəmə üsullara aiddir:
●
mülki-hüquqi əqdlər;
●
vərəsəlik (universal hüquq varisliyi);
●
əşyanın verilməsi (tradisiya).
Əş
yanın verilməsi (tradisiya) ikili xüsusiyyətə malik olan anlayışdır. Bir tərəfdən əşyanın verilməsi mülkiy-
285
yət hüququnun keçməsini və verilməsini şərtləndirən hüquqi aktdır (əqddir). Digər tərəfdən isə o, mülkiyyət hü-
ququnun əldə edilməsi üsulu kimi çıxış edir. Növbəti yarımbaşlıqda da məhz üsul kimi əşyanın verilməsindən
söhbət açılır.
Dostları ilə paylaş: |