mə üsulu yox, ilkin üsulu hesab edilir. Amma Fransa hüquq ədəbiyyatında göstərilir ki, əldə etmə
müddətinin əsas şərti müəyyən sahiblik müddəti sayılır; ani müddət bu xüsusiyyətdən məhrum olduğuna görə
daxilən ziddiyyətli anlayışdır. Buna görə də təklif olunur ki, göstərilən üsul «ani müddət» yox, «qanuna əsasən
ə
ldə etmə» (lege)
adlanmalıdır.
14. «Kitab müddəti»
«Kitab müddəti» daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsinin üsullarından biridir. Bu üsul
Azərbaycan Respublikasının qanunvericiliyi üçün novelladır (MM-in 178-ci maddəsinin 5-ci bəndi). Sovet döv-
rünün mülki məcəllələri həmin üsulu, ümumiyyətlə, tanımırdı.
«Kitab müddəti»ni bəzi xarici ölkələrin mülki qanunvericiliyi mülkiyyət hüququnun əldə edilməsinin ilkin
üsulu kimi nəzərdə tutur. Məsələn, Almaniya Mülki Qanunnaməsinin 926-927-ci paraqrafları, sveçrənin Mülki
Məcəlləsinin 661-662-ci maddələri bu üsulu tənzimləyən qaydalar müəyyən edir. Bu qaydalar, demək olar ki,
olduğu kimi bizim ölkə qanunvericiliyinə daxil edilmişdir.
Göstərilən üsulun «kitab müddəti» adlandırılması onunla izah edilir ki, bu üsulla mülkiyyət hüququnun əmə-
lə gəlməsi tələb olunan müddət keçdikdən sonra mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınması (kitab qeydiyyatı) ilə bağlıdır. Almaniyada, taliyada və digər ölkələrdə qeydiyyat torpaq kitabın-
da aparılır. Həmin üsulun adı da məhz bununla bağlıdır.
«Kitab müddəti» üsulu ilə mülkiyyət hüququnun əmələ gəlməsi bir neçə şərtlə bağlıdır. Birinci şərtə görə,
Dostları ilə paylaş: |