ınmaz əmlaka əldə etmə müddətinə əsasən mülkiyyət hüququ əldə edə bilər. Əgər mülkiyyətçi könüllü su-
rətdə özünəməxsus daşınmaz əmlakına mülkiyyət hüququndan imtina edərsə, başqa bir şəxs ona nə üçün və
hansı səbəbə görə əldə etmə müddəti əsasında mülkiyyət hüququ əldə edə bilməsin? Qanunverici bu kimi halla-
rı nəzərə almalıdır; əks təqdirdə mülkiyyət hüququ əsaslı, möhkəm və həqiqi ola bilməz.
13. Ani müddət
Mülki qanunvericilik bizim ölkədə daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi barədə xüsusi qayda mü-
ə
yyənləşdirir (MM-in 182-ci maddəsi). Həmin qayda olduğu kimi Almaniya Mülki Qanunnaməsinin 932-ci paraq-
rafından götürülmüşdür. Analoci qaydanı Fransa MM-in 2279-cu maddəsi də nəzərdə tutur: daşınar əşyaya sahiblik
etmə hüquqi əsasa bərabər tutulur. Göstərilən qaydanı ngiltərə və ABŞ, sveçrə, Yaponiya və digər ölkələrin
qanunvericiliyi də ifadə edir. Həmin qayda Fransa hüquq ədəbiyyatında «ani müddət» adlanır.
Dostları ilə paylaş: |