Birincisi, yalnız qanunda nəzərdə tutulan beş il müddəti keçdikdən sonra əmlaka mülkiyyət hüququ əldə
edilə bilər. Hüquqi varislik münasibətləri yaranan hallarda bu müddət nejə hesablanır? Belə ki, mülkiyyətçisi
olmayan əmlak ona sahiblik edən (əmlaka əvvəlki sahiblik edən) şəxsdən universal hüquqi varislik (məsələn,
vərəsəlik üzrə) və ya sinqulyar (məsələn, müqavilə üzrə) hüquqi varislik qaydasında hüquqi varisə keçə bilər.
Belə halda əmlaka əvvəlki sahiblik edənin və onun hüquqi varisinin əmlaka sahiblik etdiyi müddətlər toplanır.
Başqa sözlə desək, şəxs hüquqi varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti özünün sahiblik
etdiyi müddətlə birləşdirə bilər (MM-in 179-cu maddəsinin 2-ci bəndi). Məsələn, ata daşınar əmlaka üç il sahib-
lik etdikdən sonra ölür. Onun oğlu (vərəsəsi) həmin əmlaka üç il sahiblik edir. Həmin müddətlər toplanır (3 il +
3 il = 6 il). Bu isə onu göstərir ki, mülkiyyət hüququnun əldə edilməsi üçün nəzərdə tutulan şərt göz qabağında-
dır. Yeri gəlmişkən, qeyd edək ki, beş il müddəti barədə şərt bəzi xarici ölkələrin (məsələn, Rusiya Federasiya-
sının və s.) qanunvericilik ənənəsinə uyğun gəlir. RF-in qanunvericiliyi daşınmaz əşyalar üçün 15 illik (digər
ə
mlak növləri üçün 5 illik) əldə etmə müddəti nəzərdə tutur. Roma hüququ iki illik (daşınar əşyalar üçün bir il-
lik) əldə etmə müddəti haqqında qayda nəzərdə tuturdu.
Dostları ilə paylaş: |