kincisi, əldə etmə müddəti ilə yalnız daşınar əmlak (nəqliyyat vasitələri, musiqi aləti, idman avadanlıqla-
rı, məişət predmetləri, geyim şeyləri və s.) üzərində mülkiyyət hüququ qazanıla bilər. Bu yolla daşınmaz əmla-
ka mülkiyyət hüququnun əldə edilməsi istisna edilir. Əvvəldə qeyd etdiyimiz kimi bəzi xarici ölkələrin (məsə-
lən, taliyanın, RF-in, Almaniyanın, Çexiyanın, Majarıstanın və s.) qanunvericiliyi əldə etmə müddəti üsulu ilə
daşınar əşyalar üzərində mülkiyyət hüququnun əldə edilməsi qaydasını müəyyən edir.
Üçüncüsü, əmlaka faktiki sahiblik edən ona öz əmlakı (öz mülkiyyəti) kimi münasibət bəsləməlidir. O,
ə
mlakı normal və yararlı vəziyyətdə saxlamalı, habelə əmlakın saxlanılması üçün zəruri xərjləri çəkməli və
ödəməlidir. Əmlaka faktiki sahiblik edən şəxs əmlakın mülkiyyətçisi olub-olmamasından ehtiyatlanmamalıdır.
Dostları ilə paylaş: |