Dördüncü şərtə görə, tradens (mülkiyyətçi) əşyaya sahibliyi aksipiensə (əldə edənə) verməlidir. Söhbət
əş
yanın aksipiensin faktiki (fiziki) sahibliyinə verilməsindən gedir. Bu isə onu ifadə edir ki, tradisiya iradəvi
akt olmaqdan savayı, həm də maddi aktdır. Buradan belə nəticəyə gələ bilərik ki, tradisiya hüquq kimi çıxış
etməkdən başqa, həm də faktdır. Deməli, tradisiya özündə həm hüquqi, həm də faktiki (maddi, fiziki) cəhətləri
birləşdirir. Bu, Almaniya sivilistika doktrinasından irəli sürülən konsepsiyaya uyğun gəlir. Müəlliflərdən L.En-
nekserus haqlı olaraq yazır ki, hüquqi nəticənin yaranması (mülkiyyət hüququnun verilməsi) üçün həm tərəflə-
rin sazişi (Einigung), həm də əşyanın verilməsi gərəkdir. Saziş dedikdə isə tərəflərin qarşılıqlı iradə ifadəsi başa
düşülür. Müəlliflərdən A.Rörixt analoci mövqedə dayanaraq göstərir ki, tradisiya iki hissədən ibarətdir: əqddən
(hüquqi hissədən); əşyaya faktiki yiyəliyi verməkdən (faktiki hissədən). Y.Şappın fikrinjə, tradisiya yolu ilə
mülkiyyət hüququnun əldə edilməsi iki hissədən ibarətdir: mülkiyyət hüququnun verilməsi barədə sazişdən (hü-
quqi hissə); əşyaya sahibliyi verməkdən (faktiki hissə). G.Şerşeneviç göstərir ki, tradisiya dedikdə, bir şəxsin
mülkiyyət hüququnu keçirmək (vermək) niyyəti ilə əşyanı digər tərəfə təhvil verməsi başa düşülür. Deməli,
«faktiki hərəkət» və «bilavasitə fiziki cəhətdən ələ keçirmə» mənasında (Hegelin təbirinjə) əşyanın verilməsi
mülkiyyət hüququnun verilməsi barədə saziş olmadan hər hansı hüquqi nəticəyə, yəni mülkiyyət hüququnun əl-
də edilməsinə səbəb olmur.
Əş
yaya sahibliyi vermək üçün bizim ölkə qanunvericiliyi üç yol müəyyən edir (MM-in 181-ci maddəsinin 2-
ci bəndi). Birinci yola görə, əşya aksipiensin (əldə edənin) birbaşa sahibliyinə verilməsi ilə verilir (birbaşa
Dostları ilə paylaş: |