müqaviləsi sayan müəlliflərin mövqeyi daha geniş yayılmışdır. Almaniya mülki hüquq elmində bu mövqe
üstünlük təşkil edir.
6. Bəhərə, məhsula və gəlirə mülkiyyət hüququnun
ə
ldə edilməsi
Hüquq ədəbiyyatında bəhərə, məhsula və gəlirə mülkiyyət hüququnun əldə edilməsi üsulunun ikili xarakte-
rə malik olması fikri irəli sürülür. Bu, onu ifadə edir ki, göstərilən bu üsul bəzi hallarda mülkiyyət hüququ-
nun əmələ gəlməsinin ilkin, digər hallarda isə törəmə üsulu kimi çıxış edir.
Ə
mlakdan istifadə nəticəsində əldə olunan bəhər, məhsul və gəlirə mülkiyyət hüququ qanunda nəzərdə tutu-
lan əsaslarla əldə edilir (MM-in 135-ci maddəsinin 12-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi). Bəhər, gəlir
və məhsul dedikdə, əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə nəticəsində əldə edilən artım başa düşü-
lür. Bunlar bir-birindən alınma üsuluna görə fərqlənirlər. Bəhər iki cür olur: təbii (natural) bəhər; mülki bəhər.
Dostları ilə paylaş: |