Təbii bəhər dedikdə, təbii mənşəyə malik olan heyvan və bitkilərin üzvü inkişafının nəticəsi başa düşülür.
Meyvə ağajlarının barını, ev quşlarının və mal-qaranın balasını, onların verdiyi məhsulları (südü, yumurtanı,
yunu və s.) təbii (natural) bəhərə aid etmək olar. Mülki bəhərə gəlir də deyilir. Gəlir dedikdə, əşyanın mülki
dövriyyədə (icarə, borc, kirayə və digər mülki hüquq münasibətlərdə) iştirakı nəticəsində əldə edilən pul və di-
gər ödənişlər başa düşülür. Məsələn, bank əmanəti üzrə faizlər, ixtiradan istifadəyə görə verilən haqq, icarə
haqqı, səhmə görə alınan dividend və s. gəlirə misal ola bilər. Məhsul dedikdə, əşyanın emalı, yenidən emalı və
ya ondan məqsədyönlü qaydada istifadə edilməsi nəticəsində alınan əmlak başa düşülür. Məsələn, müəssisənin
hazırladığı mal, istehsal olunan məmulat, inşaatçıların tikdiyi ev və s. məhsul hesab edilir.
Bəhərə və məhsula mülkiyyət hüququnun əldə edilməsi ilkin üsula, gəlirə mülkiyyət hüququnun əldə edil-
məsi isə törəmə üsula aid edilir. Gəlir törəmə üsula ona görə şamil edilir ki, burada mülkiyyət hüququnu əldə
edənin hüququ əmlakın əvvəlki mülkiyyətçisinin hüququndan asılıdır. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın
təbii bəhəri də onun mülkiyyətindədir (MM-in 135-ci maddəsinin 12-ci bəndi).
Bəhər əşyanın tərkib hissəsidir. Belə halda bəhər əşya ilə birlikdə onun mülkiyyətçisinə məxsus olur. Ona
görə ki, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Bəhərlər əşyadan ayrıldıqda, on-
lar mülki dövriyyədə müstəqil əşyalar kimi çıxış edir. Bu halda isə müxtəlif əqdlər (alqı-satqı, bağışlama, dəyiş-
mə və s. müqavilələr) əsasında bəhərlərə mülkiyyət hüququ əldə edilə bilər.
Beləliklə, mülkiyyət hüququnun əldə edilməsi üsullarının MM-in 178-192-ci maddələrində müəyyən edilən
qəti siyahısı göstərilənlərdən ibarətdir. Lakin hüquq ədəbiyyatında bu siyahının qeyri-qəti olması fikrini irəli sü-
rən müəlliflər də var. Həmin müəlliflərin fikrinjə, digər üsulların da tətbiqi istisna edilmir. Onlar əmlakın rəm-
Dostları ilə paylaş: |