radəvi əlamətə görə əsaslar iki növə bölünür: mülkiyyətçinin iradəsindən asılı olan əsaslar (subyektiv
ə
saslar); onun iradəsindən asılı olmayan əsaslar (obyektiv əsaslar). Birinci halda mülkiyyətçinin iradəsi ilə
(məsələn, müqavilə üzrə əmlakın verilməsi, vəsiyyət yolu ilə əmlakın vərəsələrə keçməsi və s.), ikinci halda isə
onun iradəsindən asılı olmadan (məsələn, həcz, müsadirə, əmlakı itirmə, milliləşdirmə, zəlzələ nəticəsində əş-
yanın tələf olması və s.) mülkiyyət hüququna xitam verilir.
Könüllülük əlamətinə görə mülkiyyət hüququnun itirilməsi əsasları iki cür olur: könüllü əsaslar; məjburi
ə
saslar. Birinci növ əsaslara şamil edilir: alqı-satqı, bağışlama, dəyişmə və s. müqavilələr əsasında əşyanın baş-
qa şəxsə verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi; mülkiyyətçinin özü tərəfindən könüllü olaraq əmla-
kın məhv edilməsi; əşyanın istehlak (istifadə) olunması; əşyanın emal olunması; əşyaya olan mülkiyyət hüqu-
qundan mülkiyyətçinin imtina etməsi.
Məjburi əsasların mahiyyəti ondan ibarətdir ki, bu əsaslara görə əmlak onun mülkiyyətçisindən məjburi ola-
raq alınır və onun mülkiyyət hüququna xitam verilir. Yalnız qanunda nəzərdə tutulduğu halda məjburi əsaslara
görə mülkiyyət hüququna xitam verilə bilər. Bu əsaslar MM-in 203-cü maddəsinin 3-cü bəndində göstərilir: öh-
dəliklər üzrə tələbin əmlaka yönəlməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdi-
rilməsi; torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfat-
sızjasına saxlanan mədəni sərvətlərin satınalma yolu ilə alınması; rekvizisiya (həcz); müsadirə. Bu əsaslardan
bəziləri əmlakın mülkiyyətçidən əvəzli qaydada (məsələn, həcz), digər əsaslar isə əvəzsiz olaraq (məsələn, mü-
sadirə) alınmasını nəzərdə tutur. Mülkiyyət hüququnun xitam verilməsini şərtləndirən məjburi əsaslar barədə
normanı genişləndirici təfsir etmək olmaz.
MM-in 9-cu fəsli (203-212-ci maddələri) mülkiyyət hüququnun xitam edilməsinə həsr edilmişdir. Mülkiyyət
hüququnun itirilməsi ilə əlaqədar məsələlərin qanunla qaydaya salınmasının böyük əhəmiyyəti vardır. Bununla
bir növ Konstitusiyada (13-cü maddə) və MM-də (6-cı maddə) təsbit edilmiş mülkiyyət toxunulmazlığı prin-
Dostları ilə paylaş: |