Üçüncü yola görə, tradens (mülkiyyətçi) üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu aksipiensə (əl-
də edənə) verir (tələbin güzəşti). Onun sahibliyi tələb etmək hüququ müxtəlif hüquq münasibətlərindən irəli
gələ bilər: alqı-satqı müqaviləsindən; saxlanj müqaviləsindən; daşıma müqaviləsindən; kirayə müqaviləsindən
və s. Məsələn, sifarişçi qabaqjadan podrat haqqını ödəməklə podratçıya mebel hazırlatdırır. Belə halda onun
mebelə sahibliyin verilməsini podratçıdan (üçüncü şəxsdən) tələb etmək hüququ yaranır. Sifarişçi ilə onun qon-
ş
usu razılığa gəlirlər ki, mebelə mülkiyyət hüququ qonşuya güzəşt edilsin. Bunun üçün vacibdir ki, mebelə sa-
hibliyin verilməsini podratçıdan (üçüncü şəxsdən) tələb etmək hüququ qonşuya ýöçÿøò åäèësin. Bu, sahibliyin
verilməsini ifadə edir. Başqa bir misalda yük sahibi ilə sahibkar daşıyıcıda (üçüncü şəxsdə) olan yükün sahibka-
ra verilməsi barədə razılığa gəlirlər. Belə halda yük sahibinin üçüncü şəxsdən (daşıyıcıdan) yükün verilməsini
tələb etmək hüququnu sahibkara güzəşt etməsi (verməsi) kifayətdir. Bu, sahibliyin verilməsini ifadə edir. Yeri
gəlmişkən, sahibliyin bu yolla verilməsi Almaniya MQ-nin 931-ci paraqrafında nəzərdə tutulmuşdur.
Sahiblik, Roma hüququnun dili ilə desək, «qısa əllə» də (traditio brevi manu) verilə bilər. Bu yoldan o hal-
da istifadə olunur ki, mülkiyyətçinin əşyası hər hansı hüquqi əsasa görə (icarə, kirayə, saxlama, daşıma və s.
münasibətlərə görə) müəyyən şəxsdə olur. Onlar əşyaya mülkiyyət hüququnun həmin şəxsə verilməsi barədə ra-
zılığa gəlirlər. Məlum məsələdir ki, belə halda əşyaya sahibliyin şəxsə verilməsi tələb olunmur. Çünki əşya ar-
tıq onun sahibliyindədir. Məsələn, sənətçi musiqi alətini musiqi məktəbində oxuyan tələbəyə əvəzsiz istifadəyə
verir. stifadə müddəti başa çatdıqda, həmin alətə mülkiyyət hüququnun tələbəyə keçməsi barədə onlar razılığa
gəlirlər. Başqa bir misalda şəxs öz qonşusunun əşyasını icazəsiz götürür. Bundan sonra onlar əşyaya mülkiyyət
hüququnun həmin şəxsə (əşyanı götürənə) verilməsi barədə razılığa gəlirlər. Belə halda «traditio brevi manu»
göz qabağındadır. G.F.Şerşeneviç yazır ki, «constitutum possessorium» və «traditio brevi manu» hallarında əş-
yanı vermək artıq şeydir. Bu, onlar üçün ümumi cəhətdir.
Tradisiyanın hüquqi təbiəti sivilistika doktrinasında mübahisə doğuran məsələlərdəndir. Əvvəljə tradisiya
birtərəfli əqd (tradens üçün), sonra isə ikitərəfli əqd, əşya müqaviləsi hesab edilmişdir. Onu mücərrəd əşya
Dostları ilə paylaş: |