(ticarət) fəaliyyətini tənzimləyən normaların mülki hüquqdan ayrılması, yəni ticarət-kommersiya münasibətləri-
nin ayrıca olaraq ticarət hüquq normaları ilə tənzimlənməsi başa düşülür. Belə təsəvvür yaranır ki, xüsusi hüqu-
qun dualizmi problemi təkcə mülki və ticarət məcəllələrinin münasibəti məsələsi deyildir. Yalnız bu məcəllələ-
rin qüvvədə olması və müvcudluüu həmin problemin — dualizm məsələsinin əmələ gəlməsinə dəlalət etmir.
Elə hallar yarana bilər ki, Mülki Məcəllə və Ticarət Məcəlləsi müvcud olsun, amma xüsusi hüququn dualizmi
problemi əmələ gəlməsin. Bu, o deməkdir ki, Mülki Məcəllənin və Ticarət Məcəlləsinin qüvvədə olması şərai-
tində də hüququn monist sisteminin (monizmin) yaranmasından söhbət etmək olar. Belə hal mümkündür. Məsə-
lən, 1838-ci ildə Hollandiyada həm Mülki Məcəllə, həm də Ticarət Məcəlləsi qüvvədə olmuşdur. Ticarət
Məcəlləsinin birinci maddəsində güstərilirdi ki, Ticarət Məcəlləsinin müvafiq normasında birbaşa nəzərdə tutul-
duüu hal istisna olmaqla, Mülki Məcəllə, Ticarət Məcəlləsi ilə tənzimlənən bütün münasibətlərə tətbiq edilə bi-
lər. Bu göstərişin Hollandiya xüsusi hüququnun mülki və ticarət hüququnun birləşdirilməsi istiqamətində inki-
afı üçün mühüm əhəmiyyəti oldu. Bunun nəticəsində faktiki olaraq dualizmdən hüququn monist sisteminə
Beləliklə, dualizmin müəyyən edilməsində təkcə Mülki Məcəllənin və Ticarət Məcəlləsinin müvcudluüu ki-
fayət etmir. Mülki hüquq xüsusi xarakterli münasibətləri tənzimləyir. Bu münasibətlərdə iştirak edən subyektlər
6
hüquq bərabərliyinə malikdirlər. Ticarət hüququ da xüsusi hüquq münasibətlərini qaydaya salır. Bu münasibət-
lər də subyektlərin hüquq bərabərliyi prinsipi üzərində qurulur. Eyni növlü (cinsli) elə xüsusi hüquq münasibət-
ləri vardır ki, həmin münasibətləri tənzimləyən normalar qrupu həm Mülki Məcəllədə, həm də Ticarət Məcəllə-
sində vardır. Məsələn, alqı-satqı, saxlama və s. haqqında normalara həm Almaniya Mülki Qanunnaməsində,
həm də Ticarət Qanunnaməsində rast gəlmək olar. ßqd, nümayəndəlik, borc müqaviləsi, icarə müqaviləsi və s.
institutları həm mülki hüquq, həm də ticarət hüququ tanıyır. Bu cür klassik mülki hüquq institutları ticarət hü-
ququnun əsas institutları rolunda çıxış edir. Müxtəlif qrup normalar eynicinsli (növlü) xüsusi münasibətləri tən-
zimləyir ki, bu münasibətlər həm mülki hüququn, həm də ticarət hüququnun nizamasalma predmetinə daxildir.
Bax, bu normaların sistem aidiyyəti və tabeziliyi xüsusi hüququn dualizminin müəyyən edilməsində mühüm və
ə
sas rol oynayır.
Xüsusi hüququn dualizminin əmələ gəlməsi, yəni kommersiya (ticarət) fəaliyyətini tənzimləyən normaların
mülki hüquqdan ayrılması müəyyən səbəblə əlaqədar idi. Hər şeydən əvvəl, bunun əsas və başlıca səbəbi tacir
silkinin həyata kezirdiyi professional fəaliyyətlə baülı idi. Ticarət dövriyyəsinin inkişafı və güclənməsi,
ticarətin canlanması tacir silkinin həyata kezirdiyi fəaliyyətin ayrıca və xüsusi olaraq tənzimlənməsini zərurətə
zevirdi. Orta əsrlərdə Italiya, Fransa, Ingiltərə, Almaniya və digər dövlətlərin hər bir şəhərində bütün tacirlər,
bir qayda olaraq, korporasiyalarda (ticarət gildiyalarında, yeni tacirlər ittifaqında) birləşirdilər. Bu cür birləşmə
olmadan tacirlərin fəaliyyət göstərməsi və onların hüquqlarının müdafiə edilməsi mümkün deyildi. Tacirlər ara-
sında mübahisə ticarət gildiyasında baxılırdı. Hər bir ticarət gildiyası üçün adət hüququ yaranmışdı. Bu hüquq
oxşar işlərə baxılarkən tətbiq edilirdi. Həmin hüquq yazılmaüa başladı. Yazılmış adətlər ticarət hüququnun
mənbəyi rolunu oynayırdı. Beləliklə, tacir silkinin ayrıca hüququ yarandı. Bu hüququn yaranmasına belə bir
fakt da təsir göstərmişdi ki, o dövrdə mülki hüquq ticarət fəaliyyətini və dövriyyəsini lazımınca tənzimləmək və
rəsmiləşdirmək iqtidarında deyildi. Tacirlərin həyata kezirdikləri professional ticarət fəaliyyəti prosesində mey-
dana gələn adətlər ticarət hüququnun formalaşmasına güclü təsir göstərdi.
Nə qədim Romada, nə də erkən feodalizm dövründə Avropada ümumi mülki dövriyyə subyektləri ilə ticarət
dövriyyə subyektlərinə fərq və təfavüt qoyulurdu. Roma hüququ dövriyyə subyektlərinin həyata kezirdikləri fə-
aliyyətin əlamətinə görə onları ayrı-ayrı kateqoriyalara (tacirlərə, qeyri-tacirlərə, sənətkarlara) bölmürdü. Ümu-
mi mülki təsərrüfat və ticarət dövriyyəsi subyektlərinin hamısı eyni statusa malik idilər. Bu, onunla izah olunur-
du ki, qədim Romada ticarət fəaliyyəti ilə məşüul olan subyektlərə çox da hörmətlə yanışılmırdı. Ticarət fəaliy-
yəti hörmətə malik deyildi. Ona görə də qədim Romada tacir silki yaranmadı. Tacir silkinin yaranmaması isə öz
növbəsində ticarət hüququnun, şübhəsiz ki, əmələ gəlməsinə səbəb ola bilməzdi.
Bir çox Avropa dövlətləri, o cümlədən ticarət hüquqununun yarandıüı və qüvvədə olduüu Hollandiya və Ita-
liya kimi ölkələr xüsusi hüququn dualizmindən imtina etmişdir. Bu, onunla izah olunur ki, cəmiyyətdə silki ay-
rı-sezkilik halları silinib aradan zıxmışdır. Ticarət hüququnun bir çox norma və prinsipləri mülki hüquq tərəfin-
dən qəbul edilmişdir. Ticarət hüququnun və mülki hüququn çoxsaylı normaları bir-biri ilə tamamilə qovuşmuş-
dur. 1865-ci ildə Kvebek əyalətinin (Kanada) Mülki Məcəlləsində ticarət hüququnun bir çox məsələlərini tən-
zimləyən normalar birləşdirildi. Bu əyalət Ticarət Məcəlləsi qəbul etməkdən imtina etdi. 1881-ci ildə Isvezrə
özünün konstitusiya qaydasına görə Mülki Məcəllə yox, Öhdəlik Məcəlləsi qəbul etdi. Bu Məcəllədə həm mül-
ki hüquq, həm də ticarət hüquq öhdəlikləri birləşdirildi. 1907-ci ildə Isvezrədə Mülki Məcəllə qəbul edildi. Bu
sənəd mülki hüququn qalan bütün digər məsələlərini federal səviyyədə tənzimlədi. Beləliklə, Isvezrə də xüsusi
hüququn dualizmindən imtina etdi.
Söylədiklərimizdən belə nəticəyə gələ bilərik ki, müxtəlif ölkələrin xüsusi hüquq sahəsi daxili sistem və tər-
kib baxımından yekcins olmayıb, bir-birindən fərqlənir. Bütün ölkələrin xüsusi hüququ daxili sistem və tərkib
etibarilə üst-üstə düşmür. Bu həmin ölkələrin tarixi-ictimai və sosial-iqtisadi inkişafı ilə bağlıdır. Müasir qanun-
vericiliyin inkişaf tendensiyası xüsusi hüququn dualizm məsələsindən imtina etmək və monizm - vahid xü-
Dostları ilə paylaş: