Qədim Roma hüquqşünasları tərəfindən hüququn ümumi və xüsusi hüquq sahələrinə bölünməsi müasir
xarici hüquq sistemlərinin çoxu tərəfindən qəbul edilmişdir. Bir çox dövlətlərin qanunvericiliyində Roma hü-
quqşünasları tərəfindən işlədilən «xüsusi hüquq» termini indi də saxlanılır. Xüsusi hüquq kontinental Avropa
ölkələrinin hüquq sistemi (roman-german hüquq ailəsi) üçün xarakterikdir. Almaniya milli hüquq sistemi xüsu-
si hüququ özünün bir sahəsi hesab edir. Hamıya məlumdur ki, XII əsrdən başlayaraq bütün feodalizm dövrünün
malik olan hüquq kimi qəbul olunması, tanınması və mənimsənilməsi başa düşülür. XVII əsrdə Roma hüququ
rəsmi surətdə Almaniyanın qüvvədə olan hüququ kimi qəbul edilmişdir. Aralıq dənizi sahillərində məskunlaşan
xalqlar arasında iqtisadi əlaqələri tənzimləmək üçün yaradılan Roma hüququ bütün müasir Avropa xalqlarının
mülki hüquq tarixində misilsiz və qeyri-adi rol oynamışdır. Bu hüquq müəyyən mənada bütün antik dünyanın
5
ümumi hüququna zevrilmişdi. Müxtəlif xalqların təsərrüfat-ticarət dövriyyəsini tənzimləmək üçün Roma xüsusi
hüququ qanun qüvvəsinə malik idi. Təsadüfi deyildir ki, görkəmli və məşhur alman hüquqşünası Rudolf fon Ie-
rinq Roma xüsusi hüququnun bir sahəsi olan xalqlar hüququnu «beynəlxalq ticarət hüququ» adlandırırdı.
XIX əsrdə alman hüquqşünasları Roma hüququ ehkamlarının (doqmalarının) hazırlanmasında xeyli iş gördü-
lər. Roma hüquq institutlarının öyrənilməsi onlar üçün vacib və zəruri idi. Belə ki, Almaniyada Roma hüququ
qüvvədə olan hüquq kimi qəbul edilmiş və tanınmışdı. Brints, Vindşayd, Dernburq və digər tanınmış hüquqşü-
naslar «Pandektlər» adlı çoxcildlik kurs yaratdılar. Dünya elminin irsi hesab olunan bu əsərlə onlar xüsusi hü-
quq barədə müasir nəzəriyyənin təməlini qoydular.
Almaniyada (o cümlədən bəzi Qərbi Avropa ölkələrində, məsələn, Fransada, Ispaniyada, habelə ×exiyada və
s.) xüsusi hüquq (privatrecht) baş
Dostları ilə paylaş: