Bu hüququn adı Roma vətəndaşları olan qədim kvirit qəbilələrinin adı ilə bağlıdır. Kvirit hüququ yalnız Roma
vətəndaşları olan kviritlərə şamil edilirdi. Bu hüquq sistemi sonralar sivil hüququ adını aldı. Sivil hüququ Roma
vətəndaşlarının və şəhər-dövlətlərin (civitas) hüquqlarının milli xarakterə malik olmasını ifadə edirdi. O, qədim
quq sisteminə qarşı qoyulurdu. Xalqlar hüququnun yaranması Roma hüququnda mühüm hadisə idi. Belə ki, si-
vil hüququ yalnız Roma vətəndaşlarına tətbiq edilirdi. Yalnız bu vətəndaşlar tam hüquqlu subyektlər hesab olu-
nurdular. Roma iúmasına daxil olmayan insanlar prinsip etibarilə hüquqsuz sayılırdılar. Onlar «düşmənlər»
(hostes) hesab olunurdular və hər hansı bir müdafiədən istifadə etmirdilər. Bu cür vəziyyət qədim iúmanın ma-
lik olduüu qapalı təsərrüfat sistemi üçün xarakterik idi. Istehsal və mübadilənin inkişafı, qonşu xarici ölkələrlə
ticarət dövriyyəsinin genişlənməsi, əyalətlərin, iúmaların, koloniyaların və s. Roma imperiyasına birləşdirilməsi,
Roma vətəndaşlıüının öz əvvəlki məhdud milli xarakterini itirməsi və digər amillər Roma vətəndaşları olmayanlar
(pereqrinlər) üçün əsas hüquqların (mülkiyyət hüququnun, müqavilə baülamaq hüququnun) tanınmasını zərurətə
2
zevirdi. Belə bir şəraitdə xalqlar hüququ (ius gentium) adlı hüquq sistemi yarandı.
Xalqlar hüququ özündə müxtəlif normaları birləşdirmişdi. Onun tərkibinə həm qədim Roma hüququndan,
həm də başqa xalqların hüququndan, xüsusən də yunan hüququndan götürülmüş normalar daxil idi. Beləliklə,
qədim Roma hüququ olan sivil hüququ ilə xalqlar hüququnun dualizmi (ikiliyi) yarandı. Bizim eranın birinci əs-
rində xalqlar hüququ milli Roma hüququ olan sivil hüququ üzərində, necə deyərlər, «qələbə zaldı». Ona görə ki,
o, universal hüquq sistemi sayılırdı. Bu hüquq vətəndaşlıüından asılı olmayaraq ticarət dövriyyəsinin bütün işti-
rakzılarına şamil edilirdi. Xalqlar hüququnun təsir dairəsi pereqrin adlandırılanlar da daxil olmaqla bütün Roma
ə
halisini əhatə edirdi. Belə ki, bu hüquq sistemi həm Roma vətəndaşları arasında, həm pereqrinlər arasında,
həm də onların özlərinin arasında əmələ gələn əmlak münasibətlərini tənzimləyirdi. Xalqlar hüququna daxil
olan normalar Roma pretorları tərəfindən Romada tətbiq olunurdu. Ona görə də həmin hüquq Roma hüququnun
ayrıca bir sistemi hesab edilirdi.
Roma hüququna daxil olan üçüncü hüquq sistemi pretor hüququ adlanırdı. Xüsusi xarakterli bu hüquq sis-
temi tədricən yaranmışdı. Pretor hüququnun əmələ gəlməsi iqtisadiyyatın inkişafı, qul sahiblərinin artması, iri
torpaq sahələrinin və ticarət (və ya sələm) kapitalının quldarlar sinfinin yuxarı təbəqəsinin əlində cəmləşməsi
ilə baülı idi. Yeni sosial-iqtisadi şərait yaranmışdı. Sivil hüququnun normaları bu yeni şəraitə uyğun gəlmirdi.
Yeni sosial-iqtisadi şəraiti qaydaya salmaq üçün sivil hüququ kifayət etmirdi. Zəruri idi ki, sivil hüququ tamam-
lansın və ona əlavələr edilsin. Bu iş məhkəmə magistratları, xüsusən pretorlar tərəfindən yerinə yetirilirdi. Pre-
torların verdiyi ediktlər böyük əhəmiyyətə malik idi. Bunun nəticəsində pretorlar tərəfindən işlənib hazırlanan
bir sıra institutlar yarandı. Bu institutlar müdafiənin yeni vasitələri ilə təmin olundu. Beləliklə, sivil hüququna
paralel olaraq pretor hüququ yarandı. Pretor ediktləri bu hüququn əmələ gəlməsinin əsasını təşkil edirdi.
Söylədiklərimizdən belə bir nəticəyə gəlmək mümkündür ki, Roma hüququ müasir mənada və geniş məz-
munda sivil hüququna uyğun gəlmirdi. Bax, yuxarıda göstərdiyimiz üz sistemin — sivil hüququnun, xalqlar hü-
ququnun və pretor hüququnun məcmusu müasir və geniş mənada Roma mülki hüququ ilə müəyyən dərəcədə
üst-üstə düşürdü. Göstərilən üz hüquq sistemini vahid anlayışla əhatə və ifadə etmək lazım idi. Bu məqsədlə
Dostları ilə paylaş: