xüsusi hüquq (ius privatum) kateqoriyasından istifadə olundu. Göstərilən üz sistemi cəm halında ifadə etmək
üçün «ius privatum» ən münasib, ən əlverişli və ən uüurlu termin və anlayış idi. Ona görə ki, xüsusi hüquq ayrı-
ayrı şəxslərin maraq və mənafelərini qoruyan hüquq normalarından təşkil olunmuşdu. Həmin üz hüquq sistemi-
nə daxil olan normalar da ayrı-ayrı şəxslər arasında — Roma vətəndaşları arasında, pereqrinlər (qeyri-Roma və-
təndaşları) arasında, həmzinin onların öz aralarında yaranan əmlak münasibətlərini nizama salırdı. Deməli, mü-
asir və geniş mənada Roma mülki hüququ xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu. Məhz bu səbəbdən «Ro-
ma xüsusi hüququ» və «Roma mülki hüququ» kimi iki anlayışın fərqləndirilməsi qeyri-prinsipial xarakter daşıyır.
Belə ki, hər iki halda söhbət mahiyyətcə Roma hüququnun institusiyalarından gedir.
Beləliklə, mülki hüquq (sivilistika) termini öz başlanüıcını Roma sivil hüququndan götürsə də, «Roma mülki
hüququ», «Roma sivil hüququ» anlayışının sinonimi deyil. Roma mülki hüququna, mahiyyətcə müəyyən
dərəcədə, qeyd etdiyimiz kimi, Roma xüsusi hüququ uyğun gəlir.
Dostları ilə paylaş: |