kinci konsepsiya tərəfdarları bunun əksi olan mövqe tuturlar. Onların fikrincə, plenum qərarlarını mül-
ki hüququn mənbəyi hesab etmək olmaz. Bu mövqeyi dəstəkləyən müəlliflər də özlərinin haqlı olmasını
ə
saslandırmaq üçün kifayət qədər aülabatan və inandırıcı arqumentlər irəli sürürlər. Bizim zənnimizcə, ikinci
konsepsiya tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır. Bu mövqeyin əsaslı olması üçün bir neçə arqument
gətirə bilərik.
Birincisi, plenum qərarları qanunvericilik tərəfindən rəsmi surətdə formal olaraq mülki hüququn mənbə-
yi kimi tanınmır. Konstitusiyanın 147-151-ci maddələrini, «Normativ hüquqi aktlar haqqında» qanunun 2-3-cü
maddələrini, habelə MM-i nəzərdən keçirdikdə bizə məlum olur ki, qanunvericiliyin rəsmən mülki hüququn
mənbəyi kimi qəbul etdiyi aktlar sırasında plenum qərarlarının adı çəkilmir.
Dostları ilə paylaş: |