digər tərəfin xeyrinə müəyyən hərəkət etmək vəzifəsini daşıyır. Əgər bir tərəf əmlak verirsə, onda digər tərəf ya
başqa əmlak, ya pul verməli, ya da hər hansı başqa hərəkət etməlidir. Məsələn, alqı-satqı müqaviləsinə görə,
satıcı əşya verir, alıcı isə onun əvəzində satıcıya pul verir. Ona görə də yalnız ikitərəfli və çoxtərəfli əqdlər
vəzli ola bilər. Birtərəfli əqdlərin əvəzli əqd olması tam istisna edilir, qeyri-mümkündür.
podrat müqaviləsində podrat haqqı, daşıma müqaviləsində daşıma haqqı, icarə müqaviləsində icarə haqqı, alqı-
satqı müqaviləsində satılan əşyanın qiyməti və s. göstərilmir. Bu hal həmin müqavilələrin əvəzsiz olmasına də-
313
lalət etmir. Onlar yenə də əvəzli əqdlər sayılır. Əqdin (müqavilənin) qiymətinin (podrat haqqının, daşıma haqqı-
nın və s.) müəyyən edilməsinə gəldikdə isə göstərmək lazımdır ki, belə hallarda müqayisəyə gələ bilən oxşar
mallar, işlər və ya xidmətlər üçün, adətən, alınan qiymət əsas kimi götürülür (MM-in 398-ci maddəsinin 3-cü
bəndi).
Ə
Dostları ilə paylaş: