vəzsiz əqd odur ki, bu əqdə görə, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan
onun üçün müəyyən hərəkət edir, yəni əmlak verir, xidmət göstərir, iş görür və ya pul verir. Bu cür əqdlə-
rə misal olaraq bağışlama və ssuda (əvəzsiz istifadə) müqavilələrini göstərmək olar. Onlar əvəzsiz əqdlərin
klassik növləri hesab edilir. Bağışlama müqaviləsinə görə, hədiyyə verən əmlakı qarşılıqlı əvəz almadan hədiy-
yə alanın mülkiyyətinə verir. Ssuda (əvəzsiz istifadə) müqaviləsinə görə isə kirayəyə verən əşyanı kirayə haqqı
almadan kirayəçiyə müvəqqəti istifadəyə verir. Bundan əlavə, birtərəfli əqdlər həmişə əvəzsiz əqd kateqoriyası-
na şamil edilir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, tərəflərin razılığından asılı olaraq, bəzi əqdlər ya əvəzli, ya da
ə
vəzsiz ola bilər. Belə ki, əqd bağlayan tərəflər əqdin əvəzli olması barədə razılığa gələrsə, onda bu cür əqd
ə
vəzli əqd hesab ediləjəkdir. Yox, əgər onlar əqdin əvəzsiz olması barədə şərtləşərlərsə, onda həmin əqd əvəz-
siz əqd kateqoriyasına aid olunajaqdır. Saxlama, tapşırıq, borc kimi müqavilələr bu qəbildən olan əqdlərə şamil
edilir. Tərəflərin şərtləşməsindən asılı olaraq, bu müqavilələr ya əvəzli, ya da əvəzsiz ola bilər.
Alqı-satqı, podrat, daşıma və digər müqavilələr həmişə istisnasız olaraq, əvəzli əqdlərdir. Onların əvəzsiz
ə
qd olmaları, əgər tərəflər razılığa gəlsə belə, istisna edilir, qeyri-mümkündür. Əgər həmin müqavilələrə görə
tərəf öz vəzifəsini (satıcının əşyanı vermək, podratçının sifarişi yerinə yetirib iş görmək, daşıyıcının yükü təyi-
nat yerinə çatdırmaq vəzifəsini) yerinə yetirməyə görə haqq almazsa, onda bu, bağışlama müqaviləsi ilə rəsmi-
ləşdirilir.
Beləliklə, əvəzlilik baxımından əqdləri üç qrupa bölmək olar: yalnız əvəzli xarakterə malik olan əqdlər
(alqı-satqı, icarə, podrat, daşıma, dəyişmə və s. müqavilələr); yalnız əvəzsiz xarakterə malik olan əqdlər (ba-
ğ
ışlama və əvəzsiz istifadə müqavilələri); həm əvəzli, həm də əvəzsiz xarakterə malik olan əqdlər (saxlama,
tapşırıq, borc və digər müqavilələr).
Dostları ilə paylaş: |