Xarici ticarət konosamentinin verilməsi də abstrakt əqd kateqoriyasına şamil edilir. Bu qiymətli kağız hər
hansı üçüncü şəxsə verilə bilər. Belə halda dəniz daşıyıcısının ixtiyarı yoxdur ki, konosamentdə göstərilən yük
barəsində məlumatlara dair üçüncü şəxslə mübahisə etsin. Onun sübut etmək hüququ yoxdur.
Qarantiya da abstrakt əqdlərin bir növü hesab edilir. Qarantiya müəyyən məbləğin ödənilməsi barədə yazılı
öhdəlikdir. O, icrasının təminatı üçün verilmiş əsas öhdəlik hüquq münasibətindən (əsas əqddən) asılı deyildir
(MM-in 480-ci maddəsi). Ona görə də qarantiyada nəzərdə tutulan pul məbləği ödənildikdə, həmin əqd nəzərə
alınmır.
Almaniya mülki qanunvericiliyində və sivilistika doktrinasında da kauzal və abstrakt əqdlər nəzərdə tutulur.
Kauzal əqdlərdə əmlakın verilməsinin hüquqi əsası əqdin özünün məzmunu kimi çıxış edir (məsələn, alqı-satqı,
bağışlama, icarə, kirayə və s.). Abstrakt əqdlər isə özünün hüquqi əsasından ayrılmış əqdlərə deyilir. Hüquqi
ə
sas rolunda, bir qayda olaraq, kauzal əqd çıxış edir. Bu kauzal əqdin etibarsız olması abstrakt əqdin etibarsızlı-
ğ
ına səbəb olmur. Abstrakt əqdlərdə hüquqi əsas onun məzmunu hesab edilmir. Almaniya hüquq ədəbiyyatında
bu növ əqdə daşınar əşyaların verilməsi halını misal çəkmək dəbdədir. Bu hal Almaniya Mülki Qanunnaməsi-
nin 929-cu maddəsində nəzərdə tutulur. Həmin hal Azərbaycan Respublikası MM-nin 181-ci maddəsində də öz
ə
ksini tapmışdır. Məsələn, alqı-satqı müqaviləsi əsasında daşınar əşya satıcıdan alıcıya verilir. Burada alqı-satqı
müqaviləsi hüquqi əsas rolunu oynayan kauzal əqddir. Daşınar əşyanın verilməsi isə abstrakt əqddir. Bu əqd
ə
sasında daşınar əşyaya mülkiyyət hüququ əldə edilir. Həmin əqd alqı-satqı müqaviləsindən (hüquqi əsasdan)
asılı deyildir. Buna görə də alqı-satqı müqaviləsi qanunsuz olsa belə, daşınar əşyanın verilməsi əqdi etibarsız
sayılmır. Alqı-satqı müqaviləsinin qanunsuzluğu nəticəsində hüququ pozulmuş şəxs öz hüququnu bərpa etmək
üçün əsassız varlanma (kondikasiya) iddiası verir (bu iddia Azərbaycan Respublikası MM-nin 1093-cü maddə-
sində nəzərdə tutulmuşdur).
Beləliklə, Almaniya mülki hüququnda abstraktlaşdırmaq (Abstraktionsprinzip) və əqdin əsasının ayrılması
(Trennungsprinzip) kimi prinsiplər irəli sürülür. Bu prinsiplər Almaniya sivilistikasının spesifik xüsusiyyətidir.
Həmin prinsiplərə görə, abstrakt əqd, əgər onun hüquqi əsası rolunda çıxış edən kauzal əqd öz əhəmiyyətini və
mənasını itirsə də, etibarlı sayılır. Professor E.Klyunsinger göstərir ki, abstraktlaşmaq prinsipi Roma hüququn-
da yaranıb. Amma o, bütün Avropa sistemlərində tətbiq olunmur. Onun fikrinjə, qanunverici bu prinsipin kö-
məyi ilə əmlak dövriyyəsinin təhlükəsizliyini təmin etməyə cəhd göstərir.
Kauzal və abstrakt əqdlər Yaponiya mülki hüquq elminə də məlumdur. Burada abstrakt əqd özünün əsasın-
dan asılı olmayan və ondan ayrılan əqd kimi nəzərdən keçirilir (məsələn, veksel).
Dostları ilə paylaş: |