hüquqi əsas (məqsəd) əqdin mühüm və zəruri elementi kimi çıxış edir. Bu əqdlərin etibarlı olması onun hü-
quqi əsasından (məqsədindən) asılı edilir. Kauzal əqdin hüquqi əsasının (məqsədinin) mövcudluğundan asılı
olaraq, onun etibarlı olması haqqında mübahisə etmək olar. Bu sözləri abstrakt (mücərrəd) əqdlər barəsində
söyləmək olmaz.
Kauzal əqdlər odur ki, bu əqdlərin məzmunundan onların hüquqi əsasını (məqsədini) açıq-aşkar mü-
ə
yyən etmək mümkün olur. Bu cür əqdlərdə onların hüquqi əsası (məqsədi) birbaşa ifadə edilir. Onlar özünün
hüquqi əsası (məqsədi) ilə çox sıx surətdə bağlı olur. Məsələn, alqı-satqı müqaviləsinin məzmunundan müəy-
yən etmək olur ki, bu müqavilənin hüquqi əsası (məqsədi) əvəzli olaraq mülkiyyət hüququ əldə etməkdən iba-
rətdir. Bağışlama müqavilənin məzmunu əsasında təyin olunur ki, mülkiyyət hüququnu əvəzsiz olaraq bir şəxs-
dən digərinə keçirmək bu müqavilənin hüquqi əsasını (məqsədini) təşkil edir. Kirayə müqaviləsində onun hüqu-
qi əsası (məqsədi), yəni kirayə haqqı ödəməklə əşya üzərində müvəqqəti istifadə hüququ əldə edilməsi birbaşa
ifadə olunur. Buna görə də alqı-satqı, bağışlama və kirayə müqavilələri, habelə digər müqavilələr kauzal əqd
kateqoriyasına aid edilir. Mülki-hüquqi əqdlərin çoxu kauzal xarakter daşıyır. Mülki (əmlak) dövriyyədə onlar
üstünlük təşkil edirlər.
Dostları ilə paylaş: |