314
növü fərqləndirilir. Başqa sözlə desək, yalnız əqdin hüquqi əsasına (məqsədinə) görə onu etibarlı saymaqdan
asılı olaraq və ya asılı olmayaraq bütün əqdlər iki növə bölünür:
●
kauzal (latınja «causa» — səbəb, əsas) əqdlər;
●
abstrakt (latınja «abstractio» — ayırmaq, uzaqlaşdırmaq) və ya mücərrəd əqdlər.
Söhbət əqdin hüquqi əsasının (məqsədinin) onun etibarlı olmasına hansı və nə cür təsir etməsindən asılı ola-
raq, əqdlərin iki yerə ayrılmasından gedir.
Ə
qdin hüquqi əsası elə bir hüquqi məqsəddir ki, məhz həmin məqsədə çatmaq üçün əqd bağlanılır. stənilən
hər bir əqdin hüquqi əsası — hüquqi məqsədi vardır. Elə bir məqsəd ki, əqd bağlayan tərəflər bu məqsədə nail
olmağa cəhd göstərirlər. Hüquqi əsası (məqsədi) olmayan əqdin mövcudluğundan söhbət gedə bilməz. Əqdlərin
kauzal və abstrakt əqdlər adlı iki yerə bölünməsi onu ifadə etmir ki, kauzal əqdlərin hüquqi əsası (məqsədi) var-
dır, abstrakt (mücərrəd) əqdlərin isə yox. Bu cür bölgünün mahiyyəti məhz ondan ibarətdir ki, kauzal əqdlərdə
Dostları ilə paylaş: