2. Mülki qanunvericiliyin predmetə görə hüquqi qüvvəsi
Mülki qanunvericiliyin predmetə görə hüquqi qüvvəsi dedikdə, mülki qanunvericilik aktlarının mülki hü-
ququn predmetinə daxil olan münasibətləri tənzimləməsi başa düşülür. Mülki hüququn predmetinə şamil edil-
məyən münasibətlərə mülki qanunvericilik aktları tətbiq olunmur. Bu münasibətlər barəsində həmin aktlar hü-
quqi qüvvəsini itirir.
Mülki hüququn predmetinə əsasən əmlak münasibətləri daxildir. Əmlak münasibətləri mülki hüquqla tənzim
olunan münasibətlərin əsas qrupunu təşkil edir. Başqa sözlə desək, mülki hüququn tənzim etdiyi münasibətlər
içərisində əmlak münasibətləri üstünlük təşkil edir.
Cəmiyyətdə və real ictimai həyatda yaranan əmlak münasibətləri təkcə mülki hüquqla nizama salınmır. Bu
münasibətlər əvvəllər qeyd etdiyimiz kimi, hüququn digər sahələri tərəfindən də qaydaya salınır. Söhbət inziba-
ti, maliyyə, konstitusiya və başqa hüquq sahələrindən gedir. Inzibati hüququn predmetinə də əmlak münasibət-
ləri daxildir. Məsələn, nazirlik onun tabeçiliyində olan müəssisə və təşkilatları zəruri əmlakla təmin edir. Mülki
hüquqla tənzimlənən əmlak münasibətlərindən fərqli olaraq bu cür əmlak münasibəti əmlak-təşkilati, hakimiy-
yət-tabeçilik, qeyri-əvəzli, qeyri-ekvivalent, subordinasiya münasibətidir. Bu münasibət inzibati hüquqla tən-
zimlənir. Əmlak münasibətləri maliyyə hüququnun da predmetinə daxildir. Məsələn, işçinin aylıq əmək haqqın-
dan dövlət büdcəsinə gəlir vergisi tutulur. Bu, pul barəsində yaranan əmlak münasibətidir. Mülki hüquqla tən-
zimlənən əmlak münasibətlərindən fərqli olaraq bu münasibətlər dövlətin maliyyə fəaliyyəti prosesində yaranır.
Özü də onlar qeyri-əvəzli, qeyri-ekvivalent, hakimiyyət-tabeçilik münasibətləridir.
Ş
übhəsiz ki, mülki qanunvericilik aktları hüququn digər sahələri tərəfindən tənzimlənən əmlak münasibətlə-
rini nizama salmaqdan çox uzaqdır. Bu aktlar həmin münasibətlər barəsində hüquqi qüvvəyə malik deyildir.
Onlar yalnız mülki hüquqla tənzimlənən əmlak münasibətləri barəsində hüquqi əhəmiyyət kəsb edir. Buna görə
də mülki hüquqla rəsmiləşdirilən əmlak münasibətlərini hüququn digər sahələri tərəfindən tənzimlənən əmlak
münasibətlərindən ayırmaq və fərqləndirməyə imkan verən spesifik əlamətləri müəyyən etmək zərurəti yaranır.
Bunun çox vacib və mühüm əhəmiyyəti vardır. Belə ki, məhz bu spesifik əlamətlər olmasaydı, təcrübədə bu və
ya digər əmlak münasibətinin əsl hüquqi təbiətini müəyyənləşdirmək, yəni hansı hüquq sahəsinin predmetinə
daxil olmaüı təyin etmək müşkül və qəliz bir işə çevrilərdi. Bu isə öz növbəsində bir sıra hallarda qanunun po-
zulmasına gətirib çıxarardı.
Sivilistika doktrinası (mülki hüquq elmi) mülki hüquqla tənzimlənən əmlak münasibətlərini digər xarakterli
ə
mlak münasibətlərindən ayırmaüa imkan verən fərqləndirici əlamətlər müəyyən etmişdir. Biz əvvəlki fəsillərin
birində bu barədə danışmışıq. Ona görə də bu məsələyə bir daha toxunmaüı lazım bilmirik. Qısaca olaraq onu
deyə bilərik ki, mülki hüququn predmetinə daxil olan əmlak münasibətləri dəyər münasibətləridir, əmtəə-pul
münasibətləridir, əvəzli-ekvivalentli münasibətlərdir və nəhayət, tərəflərin hüquq bərabərliyinə əsaslanan mü-
nasibətlərdir. Bundan belə nəticəyə gələ bilərik ki, mülki qanunvericilik aktları dəyər formalı, əmtəə-pul xa-
Dostları ilə paylaş: |