rədə təklif versin, digər tərəf isə bu təklifi qəbul etsin. Qanun müəyyən edir ki, müqavilə tərəflərdən birinin
müqavilə bağlamaq təklifi göndərməsi və digər tərəfin təklifi qəbul etməsi vasitəsilə bağlanır (MM-in 405-ji
maddəsinin 2-ji bəndi). Qanunun nəzərdə tutduğu göstərişdən belə məlum olur ki, müqavilənin bağlanması mü-
ə
yyən bir prosesdir və bu proses iki mərhələdən ibarətdir:
●
birinji mərhələ müqavilə bağlamaq təklifinin göndərilməsindən (verilməsindən) ibarətdir;
●
ikinci mərhələ digər tərəfin (kontragentin) bu təklifi qəbul etməsindən ibarətdir.
Müqavilə bağlamağın hər iki mərhələsi Almaniya mülki hüququnda da nəzərdə tutulur: birinji mərhələ uy-
ğ
un təklif göndərilməsindən ibarətdir («Angebot»); ikinci mərhələ isə təklifin qəbul edilməsindən və ona razılıq
verilməsindən ibarətdir («Annahme»). Nə vaxt ki, bir partnyor digər partnyora müqavilə bağlamaq barədə təklif
göndərir, digər partnyor isə həmin təklifi qəbul edir, onda müqavilə sazişi qüvvəyə minir.
Yaponiya mülki hüququna görə, müqavilə bir tərəfin digər tərəfə təklif göndərməsi, digər tərəfin isə bu təkli-
fə razılığını bildirməsi yolu ilə bağlanılır.
Göstərilən hər iki mərhələ müqavilə bağlamağın bütün halları üçün zəruridir. Mülki hüquq doktrinası və
qanunvericilik ənənəvi olaraq müqavilə bağlamağın iki halını fərqləndirir: «iştirakçılar» arasında müqavilə bağ-
lama halı; «qeyri-iştirakçılar» arasında müqavilə bağlama halı. Birinji halda, yəni «iştirakçılar» arasında müqa-
vilə bağlananda tərəflər üzbəüz, bir-birilə bilavasitə əlaqədə olurlar, bu əlaqə nəticəsində müqavilənin şərtlərini
hazırlayırlar, onun mətnini müəyyənləşdirirlər, sonra isə hər iki tərəf müqaviləni imzalayır. Göstərilən halda
müqavilə bağlanması prosesi geniş səviyyədə, nejə deyərlər, bütün təfərrüatı ilə, müfəssəl şəkildə tənzimlənmə-
yi tələb etmir.
kinci halda, yəni «qeyri-iştirakçılar» arasında müqavilə bağlananda isə müqavilə bağlanması prosesinin
ə
hatəli tənzimlənməsinə zərurət yaranır. Ona görə ki, müqaviləni bağlayanlar bir-birilə üzbəüz, bilavasitə əlaqə-
də olmurlar. Belə ki, məkan və ərazi baxımından tərəflər bir-birindən ayrı yerlərdə yaşayırlar və ya yerləşirlər.
Bu isə onlara öz iradələrini bilavasitə bir-birinin ardınja ifadə etməyə imkan vermir, yəni tərəflərin öz iradələri-
ni ifadə etmələri müddət baxımından üst-üstə düşmür. Beləliklə, bu cür hallarda tərəflərin öz iradələrini ifadə
etmələrində vaxt baxımından uyğunsuzluq yaranır. Bu isə müqavilə bağlanmasının ikinci halının geniş təfsilatı
431
ilə tənzimlənməsini tələb edir. Bu cür qayda ilə müqavilə bağlanma prosesində elə məsələlər əmələ gəlir ki, hə-
min məsələlərin bütün detalları ilə, müfəssəl şəkildə hüquqi nizamlanmasına tələbat yaranır. Bu cür məsələlərə
aiddir: müqavilə bağlanması haqqında təklif etmiş tərəf həmin təklifi geri götürə bilərmi?; qarşı tərəfin əsas mə-
sələlər barəsində razılıq verməsini, digər məsələlər haqqında isə fərqli şərtlər müəyyənləşdirməsini nejə qiymət-
ləndirmək olar?; müqavilə hansı andan bağlanmış hesab edilir? və s.
Göstərilən iki mərhələ, yəni müqavilə bağlamaq haqqında təklifin verilməsi və bu təklifin qəbul edilməsi
mərhələləri müqavilə bağlanmasının bütün halları üçün məcburidir. Müqavilə bağlanmasının məcburi xarakterə
malik olan birinji mərhələsi oferta (latınca «offertus» – təklif edilən) adlanır. Oferta dedikdə, müqavilə bağ-
Dostları ilə paylaş: |