Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1346/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1342   1343   1344   1345   1346   1347   1348   1349   ...   1820
rədə təklif versin, digər tərəf isə bu təklifi qəbul etsin. Qanun müəyyən edir ki, müqavilə tərəflərdən birinin 

müqavilə  bağlamaq  təklifi  göndərməsi  və  digər  tərəfin  təklifi  qəbul  etməsi  vasitəsilə  bağlanır  (MM-in  405-ji 

maddəsinin 2-ji bəndi). Qanunun nəzərdə tutduğu göstərişdən belə məlum olur ki, müqavilənin bağlanması mü-

ə

yyən bir prosesdir və bu proses iki mərhələdən ibarətdir: 



 birinji mərhələ müqavilə bağlamaq təklifinin göndərilməsində(verilməsindən) ibarətdir; 

 ikinci mərhələ digər tərəfin (kontragentin) bu təklifi qəbul etməsindəibarətdir. 



Müqavilə bağlamağın hər iki mərhələsi Almaniya mülki hüququnda da nəzərdə tutulur: birinji mərhələ uy-

ğ

un təklif göndərilməsindən ibarətdir («Angebot»); ikinci mərhələ isə təklifin qəbul edilməsindən və ona razılıq 



verilməsindən ibarətdir («Annahme»). Nə vaxt ki, bir partnyor digər partnyora müqavilə bağlamaq barədə təklif 

göndərir, digər partnyor isə həmin təklifi qəbul edir, onda müqavilə sazişi qüvvəyə minir. 

Yaponiya mülki hüququna görə, müqavilə bir tərəfin digər tərəfə təklif göndərməsi, digər tərəfin isə bu təkli-

fə razılığını bildirməsi yolu ilə bağlanılır. 

Göstərilən  hər  iki  mərhələ  müqavilə  bağlamağın  bütün  halları  üçün  zəruridir.  Mülki  hüquq  doktrinası  və 

qanunvericilik ənənəvi olaraq müqavilə bağlamağın iki halını fərqləndirir: «iştirakçılar» arasında müqavilə bağ-

lama halı; «qeyri-iştirakçılar» arasında müqavilə bağlama halı. Birinji halda, yəni «iştirakçılar» arasında müqa-

vilə bağlananda tərəflər üzbəüz, bir-birilə bilavasitə əlaqədə olurlar, bu əlaqə nəticəsində müqavilənin şərtlərini 

hazırlayırlar,  onun  mətnini  müəyyənləşdirirlər,  sonra  isə  hər  iki  tərəf  müqaviləni  imzalayır.  Göstərilən  halda 

müqavilə bağlanması prosesi geniş səviyyədə, nejə deyərlər, bütün təfərrüatı ilə, müfəssəl şəkildə tənzimlənmə-

yi tələb etmir. 

kinci  halda,  yəni  «qeyri-iştirakçılar»  arasında  müqavilə  bağlananda  isə  müqavilə  bağlanması  prosesinin 

ə

hatəli tənzimlənməsinə zərurət yaranır. Ona görə ki, müqaviləni bağlayanlar bir-birilə üzbəüz, bilavasitə əlaqə-



də olmurlar. Belə ki, məkan və ərazi baxımından tərəflər bir-birindən ayrı yerlərdə yaşayırlar və ya yerləşirlər. 

Bu isə onlara öz iradələrini bilavasitə bir-birinin ardınja ifadə etməyə imkan vermir, yəni tərəflərin öz iradələri-

ni ifadə etmələri müddət baxımından üst-üstə düşmür. Beləliklə, bu cür hallarda tərəflərin öz iradələrini ifadə 

etmələrində vaxt baxımından uyğunsuzluq yaranır. Bu isə müqavilə bağlanmasının ikinci halının geniş təfsilatı 




 

431


ilə tənzimlənməsini tələb edir. Bu cür qayda ilə müqavilə bağlanma prosesində elə məsələlər əmələ gəlir ki, hə-

min məsələlərin bütün detalları ilə, müfəssəl şəkildə hüquqi nizamlanmasına tələbat yaranır. Bu cür məsələlərə 

aiddir: müqavilə bağlanması haqqında təklif etmiş tərəf həmin təklifi geri götürə bilərmi?; qarşı tərəfin əsas mə-

sələlər barəsində razılıq verməsini, digər məsələlər haqqında isə fərqli şərtlər müəyyənləşdirməsini nejə qiymət-

ləndirmək olar?; müqavilə hansı andan bağlanmış hesab edilir? və s.  

Göstərilən  iki  mərhələ,  yəni  müqavilə  bağlamaq  haqqında  təklifin  verilməsi  və  bu  təklifin  qəbul  edilməsi 

mərhələləri müqavilə bağlanmasının bütün halları üçün məcburidir. Müqavilə bağlanmasının məcburi xarakterə 

malik olan birinji mərhələsi oferta (latınca «offertus» – təklif edilən) adlanır. Oferta dedikdə, müqavilə bağ-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1342   1343   1344   1345   1346   1347   1348   1349   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin