Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1354/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1350   1351   1352   1353   1354   1355   1356   1357   ...   1820
duğu ifadə olunmalıdır. Əgər təklifdə bu təklifi vermiş şəxsin öz təklifinin icrasına hazır olduğu əks olunmaz-

sa, bu cür təklif oferta kimi tanınmır. 

Qanunun nəzərdə tutduğu beşinji tələb ondan ibarətdir ki, təklif geri götürülə bilməz,  yəni geri götürül-

məzlik prinsipi tətbiq edilir. Bu prinsip müqavilə bağlamaq barədə təklif vermiş şəxsin öz təklifini geri götürə 

bilməməsi imkanını ifadə edir. Geri götürülməzlik prinsipinin mahiyyəti ondan ibarətdir ki, ünvan sahibinin 

aldığı oferta onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri götürülə bilməz (MM-in 408-ji maddə-

sinin 6-jı bəndi). Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyi təklifin geri götürülməzliyi prin-

sipini müəyyənləşdirir. Bu, kontinental hüquq ailəsinin ənənələrinə uyğundur. Belə ki, kontinental (roman-ger-




 

433


man) hüquq sistemləri ofertanın geri götürülməzliyi prinsipini təsbit edir. Analoci prinsipi Yaponiya mülki hü-

ququ da nəzərdə tutur. Bu prinsipə görə, oferta imperativ xarakterə malikdir: müqavilə bağlanana kimi ofertanın 

geri götürülməsinə yol verilmir. Yaponiya MM-inə görə, aksept üçün müddət müəyyənləşdirilərsə, həmin müd-

dət ərzində oferta geri götürülə bilməz (MM-in 521-ji maddəsinin 1-ji bəndi). Ümumi hüquq (ingilis-amerikan) 

ailəsi isə bundan fərqli olaraq, ofertanın geri götürülməsi qaydasını nəzərdə tutur. 

Belə təsəvvür yaranır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ofertanın onun aksepti üçün mü-

ə

yyənləşdirilmiş müddət ərzində geri götürülməzliyi prinsipini təsbit edir. Bu cür oferta qəti oferta hesab edilir. 



Aksept üçün müddət ya qanunvericiliklə müəyyən edilə bilər, ya da ofertanın özündə nəzərdə tutula bilər. Mə-

sələn, qanunla malların göndərilməsi müqaviləsi üzrə aksept üçün otuz gün müddət müəyyənləşdirilirdi (MM-

in qüvvədən düşmüş 628-ji maddəsinin 1-ji bəndi). Bəzi hallarda aksept üçün müddət nəzərdə tutulmaya da bi-

lər. Bu cür məqamlarda aksept üçün normal zəruri müddət tətbiq edilir (MM-in 409-cu maddəsinin 8-ji bəndi). 

Ofertanın geri götürülməzliyi prinsipini təsbit edən qanun norması imperativ yox, dispozitiv xarakter daşıyır. 

Bu, o deməkdir ki, ofertada ayrı qayda da nəzərdə tutula bilər, yəni ofertanın qəti olmaması, onun geri götürülə 

bilməsinin mümkünlüyü qaydası göstərilə bilər. 

Ofertanın  geri  götürülməsi  təklifin  mahiyyətindən  də  irəli  gələ  bilər.  Məsələn,  tez  xarab  olan  və  korlanan 

malların satışı müqaviləsini bağlamaq təklifinin, şübhəsiz ki, geri götürülməsi onun verildiyi şəraitlə bağlı ola 

bilər. Məsələn, oferta göndərilən vaxt milli zəmində münaqişə baş verir və ya gərgin ictimai-sosial vəziyyət ya-

ranır. Bu vəziyyətdə oferta geri götürülərsə, bu, ədalətsiz hal və pozuntu hesab edilə bilməz.  

Oferta geri götürüləndə bu barədə bildiriş göndərilir (və ya verilir). Elə hallar olur ki, təklif verilən kimi onu 

dərhal geri götürmək haqqında qərar qəbul edilir. Belə məqamlarda bildiriş ofertadan əvvəl və ya onun özü ilə 

eyni  vaxtda  daxil  olur.  Bu,  o  deməkdir  ki,  oferta  verilməmişdir.  Ona  görə  ki,  oferta  ünvan  sahibi  tərəfindən 

alınmamış onun geri götürülməsi barədə bildiriş verilir. 

Beləliklə, oferent ünvan sahibinin aldığı ofertanı onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri 

götürə bilməz. Məsələn, bağ evini kirayəyə verən mülkiyyətçinin ixtiyarı yoxdur ki, bu evi kirayəyə götürmək 

arzusunda olan vətəndaşın təklifi qəbul etməsi (razılıq verməsi) üçün müəyyənləşdirilmiş müddət ərzində hə-

min təklifi geri götürsün. Elə hesab edək ki, mülkiyyətçi bu müddəti gözləmir və bağ evini digər şəxsə kirayəyə 

verir. Nəzərdə tutulmuş müddətdə təklifə razılıq verən vətəndaş bağ üçün lazım olan şeyləri bağa daşıyır və bu-

nun üçün daşınmaya kifayət qədər xərclər çəkir. Bağ evini başqasına verdiyini görən vətəndaş ona vurulmuş zə-

rərin (məsələn, daşıma xərclərini və s.) əvəzinin ödənilməsini tələb edə bilər. Belə təsəvvür yaranır ki, ünvan 

sahibinin aldığı ofertanı birtərəfli qaydada geri götürən oferent çəkilmiş xərclərin əvəzini öz kontragentinə ödə-

məlidir. 

Yuxarıda göstərilən əlamətlərə uyğun gəldikdə, təklif oferta kimi qəbul edilir. Həmin əlamətlərdən biri ol-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1350   1351   1352   1353   1354   1355   1356   1357   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin