Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1350/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1346   1347   1348   1349   1350   1351   1352   1353   ...   1820
konklyudent hərəkətlər, müqaviləyə isə konklyudent hərəkətlə bağlanmış müqavilə deyilir. Məslən, metro 

ilə gediş zamanı konklyudent hərəkətlə daşıma müqaviləsi bağlanır. 



2. Oferta 

Müqavilə bağlamaq barədə hər hansı bir təklif, şübhəsiz ki, oferta sayıla bilməz. Bu cür təklifin oferta kimi 

hüquqi əhəmiyyət kəsb etməsi üçün zəruridir ki, o, qanunun müəyyən etdiyi məcburi tələblərə uyğun gəlsin. Bu 

cür tələblər qanunda göstərilmişdir (MM-in 408-ji maddəsi). 

Qanunun nəzərdə tutduğu birinji tələb ondan ibarətdir ki, oferta konkret olmalıdır. Konkretlik dedikdə, 

ofertanın konkret olaraq bir və ya bir neçə şəxsə ünvanlanması başa düşülür. Əgər müqavilə bağlamaq barədə 

təklif dairəsi məlum olmayan, yəni qeyri-müəyyən dairədən olan şəxslərə ünvanlanarsa, bu, oferta kimi qəbul 

edilmir. Bu təklif ofertaya dəvət sayılır (MM-in 408-ji maddəsinin 2-ji bəndi). Məsələn, ticarət firması yerli 




 

432


mətbuatda elan vasitəsilə qeyri-müəyyən şəxslərə belə bir təklif verir ki, müştərilər onun dükanına gəlib ondan 

mal alsınlar. Bu təklif müqavilənin bütün mühüm şərtlərini əks etdirsə də, oferta hesab olunmur. Ona görə ki, o, 

dairəsi naməlum olan şəxslərə ünvanlanır və ofertaya dəvət hesab edilir. Ofertaya dəvət etmək isə reklam kimi 

qiymətləndirilir. Reklam qeyri-müəyyən şəxslərə ünvanlanır və bir qayda olaraq, müqavilə bağlamaq üçün kifa-

yət etmir. Reklam əmtəə (mal, iş, xidmətlər) haqqında maraq formalaşdırmaq, onun satılmasına kömək göstər-

mək  məqsədilə  yayılan  informasiyadır.  O,  gələjək  müqavilənin  mühüm  şərtləri  barəsində  müştəriyə  məlumat 

vermək məqsədi güdmür. Reklamın əsas qayə və məqsədi əmtəənin bvşlıca xüsusiyyət və xassələrini müştərilə-

rə nümayiş etdirməkdən ibarətdir. Buna görə də şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış reklam oferta-

ya dəvət sayılır, bu şərtlə ki, reklamda ayrı qayda birbaşa göstərilməsin (MM-in 408-ji maddəsinin 2-ji bəndi). 

Bu cür yanaşma Almaniya sivilistika doktrinasında da nəzərdə tutulur. Professor H.Haynriks yazır ki, reklam 

elanları, vitrinlərdə yerləşdirilmiş və qoyulmuş elanlar və s. mülki-hüquqi mənada təklif hesab olunmur. Bu cür 

elanlar ofertaya (təklifə) dəvətdir (invivatio ad offerendum). 

Bununla bərabər, bu qaydadan müəyyən istisnaya yol verilir. Belə ki, bəzi məqamlarda dairəsi məlum ol-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1346   1347   1348   1349   1350   1351   1352   1353   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin