vermək iradəsi birbaşa ifadə oluna bilər (MM-in 402-ji maddəsinin 6-jı bəndi). Bu vasitə ilə sənəd ilkin müqa-
viləyə çevrilir. Belə halda o, müqavilə bağlanmasının mərhələsi kimi çıxış etmir.
Danışıqlar mərhələsi müqavilə bağlanmasının məcburi xarakter daşımayan mərhələsidir. O, qeyri-məcburi
(fakultativ) mərhələdir. Həmin mərhələdən müqavilə münasibətlərinə girmək niyyətində olan şəxslər yalnız öz
istək və arzuları əsasında istifadə edirlər.
Beləliklə, müqavilə bağlanması prosesi ümumən dörd mərhələdən ibarətdir:
●
danışıqlar mərhələsi;
●
oferta;
●
ofertaya baxılması;
●
aksept.
Tərəflərin son zamanlar nternet kanallarından istifadə etməklə elektron poçtu vasitəsilə sənədlər mübadiləsi
yolu ilə müqavilə bağlamaları geniş yayılmışdır. Müasir şəraitdə onların nternetin və digər kompüter rabitəsi-
nin köməyi ilə müqavilə bağlamaq halları xeyli çoxalmışdır. Bəzən tərəflər bir-birinə aydın və məlum olan elə
hərəkətlər edirlər ki, bu hərəkətlərdən onların müqavilə bağlamağa razı olduğu açıq-aşkar görünür. Bunlara
Dostları ilə paylaş: |